Keçmiş müxalifətçi fəal Almaniyadan qayıdarkən saxlanılıb


Müxalifətyönlü "İctimai Palata”nın keçmiş üzvü, uzun müddətdir Almaniyada yaşayan Yeganə Əmiraslanova iyulun  29-da Bakıya gələrkən hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bu barədə onun yaxınları bildiriblər. Onlar qeyd ediblər ki, Əmiraslanova artıq Almaniya vətəndaşıdır.
Əmiraslanovanın saxlandığı yer yaxınlarına məlum deyil. Onun saxlanmasının səbəblərilə bağlı Daxili İşlər Nazirliyi Baş Prokurorluqdan şərh almaq mümkün olmayıb.
İşə cəlb olunmuş vəkillərdən biri anonimlik şəraitində Turan-a bildirib ki, Əmiraslanovaya qarşı cinayət ittihamı yoxdur və onun tezliklə buraxılacağı gözlənilir.
Tarix: 30-07-2021, 22:03
Xəbəri paylaş





Xəbər lenti