“Həmkarınızı "rasxod"a verməklə qanunvericilik hakimiyyətinin nüfuzunu yerlə bir edəcəksiniz”



“Xaçmazdakı "deputat-polis" məsələsində günah 50/50-yədir... Milli Məclis deputatlarına qarşı ciddi etimad olmadığını bəhanə edib, küyə gedib həmkarınızın deputat toxunulmazlığını ləğv etməyi tövsiyyə etmirəm...”
 
Pravda.az-ın xəbərinə görə, bunu sabiq deputat Nazim Bəydəmirli deyib.
 
“Həmkarınızı "rasxod"a verməklə, qanunvericilik hakimiyyətinin olan qalan nüfuzunu da yerlə bir edəcəksiniz, bu o anlama gəlmir ki, deputat məsuliyyətdən kənar qalsın. Onu parlamentin İntizam Komissiyası ciddi cəzalandırmalıdır. Ən yaxşısı bu gün hakimiyyətin icra qolunun olan dominantlığı daha da möhkəmlənməyə süni şərait yaradılmamasıdır. Polis nəfərləri həmişə əmr icra edirlər, qanunu necə tətbiq etməklərini yerində mübahisələndirsəniz də, tövsiyəm odur ki, təkid edirsə, ona tabe olmaq vətəndaşın borcudur...Ancaq vicdanlı vətəndaş bütün məmurların, o cümlədən də polisin qanunsuz hərəkətindən şikayət etməsi şərtdir”.
Tarix: 30-07-2021, 22:20
Xəbəri paylaş





Xəbər lenti