“Allah kəssin bu abır-həya hissini...” - Aslan İsmayılov



“Deyirəm, bəlkə mən də xalqın sevimlisinə çevrilim. Gör-götür dünyasıdır, artıq çox sadə və qısa yolunu da bilirəm. 100 manata 500 ədəd “Fəxri fərman” blankı hazırladım. Ofisimə hər gələnə birini bağışlayım, şəkil çəkdirim və sosial şəbəkələrdə yayım. Şəkil demişkən. Hər rayonda şəhid ailələrinin, əlil olmuşların  siyahısını əldə edib bir gündə ən azı 10 şəkil çəkdirib yaymaq da olar. Çətin heç nə yoxdur. Ancaq! Bircə bu abır-həya hissi olmaya”.
 
Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.
 
“Birdən qarşında olan bir az çevik olub elə həmin fəxri fərmanlı şəkli sosial şəbəkədən yayıb sual ünvanlayar ki, ay filankəs, indi mənə buradan cavab ver görüm, bu kağızla mən hansı dərdimə dərman ala bilərəm. Evlərinə təşrif buyurduqlarım da elə qapıda deyə ki, ay filankəs, sənə çay vermək üçün nə çay dəmim, nə də qəndim var. Bax burada türkün sözü, özümə deyirəm ki, Allah kəssin bu abır-həya hissini, yoxsa nə var ki” – A.İsmayılov bildirib.
Tarix: 7-08-2021, 14:22
Xəbəri paylaş





Xəbər lenti