“Bu, məsuliyyətsizliyin, xalqa sayqısızlığın səbəbini izah edən yoxdur" - Sabir Rüstəmxanlı



Bakı-Minvod reysi üzrə hərəkət etməli olan təyyarə gecikib.
 
Pravda.az xəbər verir ki, bu barədə millət vəkili Sabir Rüstəmxanlı “Facebook”da yazıb.
 
Xalq şairinin sözlərinə görə, 200 nəfər Bakı Heydər Əliyev Hava limanında 10 saata yaxındır Minvoda uçmaq üçün təyyarə gözləyirlər:
 
"Bir o qədər insan da o başda Bakıya uçmaq üçün təyyarə meydanında yatıb qalıb. Bir kəlmə söz deyən, bu yubanmanın, məsuliyyətsizliyin, xalqa sayqısızlığın səbəbini izah edən yoxdur"
Tarix: 9-08-2021, 07:57
Xəbəri paylaş





Xəbər lenti