“Namaz qılanlar çəpərlənmiş üzüm bağlarında hurilərlə əylənib şərab içəcəklər”



“Gecə saatlarında səsin desibel göstərici ilə bağlı normalar dəfələrlə pozulur. Evimizin 50 metrliyində məscid var. O qədər güclü səsgücləndiriciləri var ki, səs kilometrlərlə gedir. Orda bir kaset qoyanda pəncərə şüşələri titrəyir. Hər kəsin inancına hörmət öz yerində. Axı mən bu İran təranələrinə gecə-gündüz qulaq asmaq zorunda deyiləm”.
 
Pravda.az-ın xəbərinə görə, bunu hüquq müdafiəçisi Sahib Məmmədov bildirib.
 
S.Məmmədov namaz qılmadığını bildirib: “Əgər bu günahdırsa, cavabını da özüm verəcəm də. Kim qılır, Allah qəbul eləsin. Çəpərlənmiş üzüm bağlarında hurilərlə əylənib şərab içəcəklər. Halal xoşları olsun. Biz cəhənnəm alovunda yanacaq adamlara heç olmasa, bu dünyada bir gün verin də. Məscidin ətrafı bir dəfəlik şpristlə dolu olurdu əvvəllər. İndi ordan keçmirəm deyə xəbərim yoxdur”.
Tarix: 14-08-2021, 15:20
Xəbəri paylaş





Xəbər lenti