“Bura sənin kimi gündə 50-si gəlir“ deyib qaziyə hörmətsizlik etdilər


Baş Dövlət Yol Polisi İdarəsiBaş Dövlət Yol Polisi İdarəsi

Bu məlumatı sosial şəbəkə hesabında aktyor Hüseyin Əlili paylaşıb. O bildirib ki, dünən Xırdalanda yerləşən DYP idarəsində Qarabağ qazisinə qarşı kobudluq edilib.

“Qucağında 3 aylıq uşaq və xanımı ilə gələn qazimizə qarşı çox pis rəftar edildi. Nə qulaq asdılar, nə problemini həll etdilər. Bu da azmış kimi onu otaqdan uzaqlaşdıran məmur digər otağa zəng edib göstəriş verdi ki, onu otağa buraxmasınlar. “Bura sənin kimi gündə 50 nəfər gəlir” deyib uzaqlaşdırdılar. Qazimizin əsəbdən əlləri əsirdi. Bu hadisəyə mən yox, ora toplanmış hamı şahid oldu.Qazi əsəbdən qışqırırdı”,- deyə aktyor yazıb.
Məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovla əlaqə saxladıq. Vaqi Əsədov bu barədə oxuduğunu desə də, bu hadisənin baş verməsi barədə dəqiq məlumatlı olmadığını söylədi.
Vaqif Əsədov Vaqif Əsədov
“Bizə belə informasiya daxil olmayıb. Həm də Xırdalan Bakı şəhərinin ərazisi sayılmadığına görə bu məsələylə Dövlət Yol Polisi İdarəsi məşğul olmalıdır. Ora müraciət etsəniz, yaxşıdır”,- deyə o qeyd etdi.
Vaqif Əsədovdan fərqli olaraq Dövlət Yol Polisi İdarəsindən zənglərimizə cavab verilmədi.
Hər bir halda idaryə əlində körpə uşaqla gəlmiş bir nəfərə yardım edilməsə belə, növbəsiz buraxıla, dinlənilə bilərdi, üstəlik, bu adam döyüşlərə qatılmış bir vətəndaşdırsa, xüsusi statuş daşıdığını anlamağımız lazımdır. Ona edilən hörmət vətən torpağına edilən hörmətdir və də əksinə.
Tarix: 14-08-2021, 16:31
Xəbəri paylaş





Xəbər lenti