“Aynur Camalın da çörəyi məni təhqir etməkdən çıxır”


Hafiz Hacıyev: “Pul gözünü o qədər örtüb ki, kimin üstünə getdiyinin fərqində deyil” Jirinovskinin son sərsəm çıxışının sosial şəbəkələrdəki müzakirəsi o həddə çatdı ki, fikir ayrılıqları insanlarımızı qarşı-qarşıya qoydu. Hətta bir-birini aşağılayıcı ifadələr də səslənməyə başladı. Elə bunun ardınca Aynur Camalqızının Jirinovski haqqında çıxışında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevə sataşması da gündəm oldu. Bununla da A.Camalqızı özü öz əliylə “ağrımayan başına dəsmal bağlamalı” oldu. Belə ki onun Jirinovskidən danışdığı bir vaxtda mövzunu H.Hacıyevin üzərinə gətirməsi birmənalı qarşılanmadı.
 Məsələylə bağlı Versus.Az-a açıqlama verən H.Hacıyev bildirdi ki, A.Camalın ona atdığı “daş”ın hər parçası özünə qayıdacaq.

Xeyli vaxtdır müalicədə olduğunu vurğulayan MMP sədri qeyd etdi ki, yaxın zamanlarda onlayn TV-lər vasitəsilə A.Camalın kim tərəfindən öyrədilərək ona hədəflənməsi və digər bir çox gizli məqamlara aydınlıq gətirəcək:

 “Aynur Camalı Tərtərdən tutmuş bütün Azərbaycan tanıyır. Vaxtilə rəhmətlik Heydər Əliyevin, ondan sonra İlham Əliyevin haqqında dediklərini mətbuata çox demişəm. Artıq bir çox partiya sədrləri də həmin faktları ictimaiyyətə açmağa başlayıb. Bir müddət öncə Sərdar Cəlaloğlu da çıxışlarının birində Aynur Camalqızının “nişan üzüyü” olayından danışmışdı. Deməyim odur ki, onu hamı tanıyır, hansı yuvanın quşu olduğunu bilir, amma o kimin bostanına daş atdığını bilmir. Getsin daşı İlham İsmayılın bostanına atsın, Hafiz Hacıyevin bostanında onun kimisinə yer yoxdu. Onun mənim haqqımda dedikləri onun Sərdar Həmidovdan “tərbiyə” almasının nəticəsidir”.

H.Hacıyev vurğuladı ki, A.Camalqızı və onun öyrədənləri o çəxslərdir ki, prezidenti müdafiə edənlərə qarşı həmişə qara piar aparıblar:

 "Mən və partiyam həmişə dövlət başçısının siyasi kursunu dəstəkləmişəm, ona qarşı uzanan qara əlləri "kəsmişəm". Ona görə də məni hədəfə götürüblər həmişə. Aynur elə bilir ki, onun İlham Əliyev prezident seçiləndə dediyi sözləri xalq unudub. Demişdi ki, - "dünya dağlsın ki, gör hakimiyyətə kim gəlir". Ona görə də belə bir adamın bu gün Jirinovskiyə can yandırması çox müəmmalı məsələdir. Maraqlısı odur ki, Jirinovskini qoyub, başlayıb məndən danışmağa. Onun mənim səviyyəmə qalxmasına çox var. Aynur Camal kimlərinsə ayaqlarında sürünəndə prezidentlik, parlament uğrunda seçkilərdə iştirakla məşğuldum, siyasi arenada xaricə satılmış qaraguruhçu müxalifəti küncə sıxışdırırdım. İndi hansısa jurnalist özünü politoloq kimi mətbuata sırımağı az deyilmiş, mənim adımı hallandırıb, gündəmdə qalır. Nə edək, görünür onun da çörəyi məni təhqir etməkdən keçir, qoy yesin”.

 H.Hacıyev A.Camalqızını deputat olduğu vaxtlara da diqqət çəkərək, onun o kürsüdə hansı səbəblərdən, kimlərin tapşırığı ilə oturduğuna eyham etdi:

 “Mən onun başını sığallayan nazirə deyəcəm ki, aparsın bağlasın qılçına, elə eləməsin ki, əlimdə olan faktları ortaya çıxarıb ifşa edim. Nə qədər olmasa da, adı qadındır. İstəmirəm kimlərlə oturub-durduğunu, hansı xidmətlərinin sayəsində bahalımaşınlar əldə etməsini, digər ayıb məsələləri açıb töküm. Ola bilsin pul gözünü o qədər örtüb ki, kimin üstünə getdiyinin fərqində deyil. Gözünü açsın yaxşı baxsın, mən onun oyuncağı olduğu adamlar deyiləm”.

 MMP sədri onu da vurğuladı ki, səhhəti ilə bağlı mətbuatda az göründüyü üçün A.Camal elə düşünüb ki, H.Hacıyev artıq ölkədən qovulub:

"Heç yerə getməmişəm. Mən hansısa harınlamış məmur deyiləm ki, qorxub ölkədən qaçım! Hafiz Hacıyev dövlət başçısını Rusiyaya işləyən bu cür adamlardan həmişə qoruyub, daim də qoruyacaq. Qoy Aynur Camal və onun adamları nə qədər istəyir adımın kölgəsində özlərini reklam etsinlər".
Tarix: 18-08-2021, 08:48
Xəbəri paylaş





Xəbər lenti