Abutalıb Səmədov Rusiyanın maraqlarına xidmət edir və çıxışları "Rusiyanın agenti" olmasının faktıdır" - QALMAQAL



"Abutalıb Səmədov Rusiyanın maraqlarına xidmət edir və onun çıxışları "Rusiyanın agenti" olmasının faktıdır".
 

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
 
S.Cəlaloğlu A.Səmədovun onunla bağlı DTX-yə müraciət etməsinə münasibət bildirib: "Abutalıb Səmədov deyib ki, Azərbaycan Rusiyanın icazəsi olmadan torpaqlarından istifadə edə bilməz. Bu ifadə onun Rusiya agenti olmasını iddia etmək üçün kifayətdir. Çünki bu, fikir yalandır. Açıq-aydın hiss olunur ki, Rusiyanın maraqlarını təmin edir. İndi məni hara şikayət edir, etsin. Onun Rusiyanın agenti olmasının faktı öz çıxışlarıdır".
 
Qeyd: Abutalıb Səmədov deyib ki, Sərdar Cəlaloğlunun məsuliyyətsiz bəyanatlar verməkdə davam etməsini nəzərə alaraq Dövlət Təhlükəsizliyi Xidmətinə müraciətlə bu məsələnin araşdırılmasını və tədbir görülməsini tələb edəcək.
Tarix: 27-08-2021, 18:43
Xəbəri paylaş





Xəbər lenti