"Bu məxluqları yetişdirən Ramiz Mehdiyev və Əli Həsənov hələ də azadlıqdadırlar"



"Özünü “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edən Rasim Məmmədovun saxlanma səhnəsini izlədim. Bəlkə birinci dəfə idi ki, DİN əməkdaşlarının insanın bu cür saxlamasına sevindim, çünki Vətən Müharibəsi iştirakçısının üzünə tüpürən bundan da betərinə layiqdir. Rasim Məmmədovun böyük reket dəstəsinin başında dayanması hamıya bəlli olsa da, bu günə qədər tədbir görən yox idi. Hesab etməyin ki, Ata Abdullayev, Rasim Məmmədovun həbs edilməsi ilə reket dəstələri yox oldu. Xeyr, belə dəstələr bu gün də var və eyni fəaliyyətlərini davam etdirirlər".


Pravda.az xəbər verir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib.


"Sadəcə, görünür hələ yuxarılardan kiminsə ayaqını basmayıblar. Yoxsa çoxdan bunlar və bunların oxşarları Fuad Muradovlar, Mürvət Həsənlilər, Hafiz Hacıyevlər və digəriləri hələ də at oynatmazdılar. Bu məxluqları yetişdirib ortaya çıxaran, bunlar kimilərinə münbit şərait yaradıb öz murdar məqsədləri üçün istifadə edən Ramiz Mehdiyev və Əli Həsənov hələ də azadlıqdadırlar. Məhz bunlar cəmiyyətimiz üçün çox faydalı olan, ölkə Prezidenti İlham Əliyevin də daim vurğuladığı ictimai nəzarət institutunu reket dəstələri kimi qələmə verdilər. Əminəm ki, bu kimilərinin arxalarında hakimiyyətin üst qatında təmsil olunanlar olmasa onlar ictimai nəzarət kimi faydalı institutu reket dəstələrinə çevirməzdilər" - A.İsmayılov qeyd edib.
Tarix: 4-02-2022, 22:17
Xəbəri paylaş





Xəbər lenti