Partiya sədri Cavanşir Feyziyevə səsləndi: "Heç utanırsınız?!"



"Sualım Cavanşir Feyziyevədir: 5,6 milyon funt sterlinqi (və ya 13 milyon manatı) işğaldan azad edilmiş ərazilərə yatırmaq olmazdımı?! Mütləq idimi ki, müsadirə edilən 13 milyon Azərbaycan manatını xaricilər yesin? Hələ mən geri qaytarılmış 10 milyon funt steelinqi (23 milyon manatı) demirəm… Heç utanırsınızmı? Cavanşir Feyziyevin az öncə məlum həqarət və təhqir dolu postunu oxudum. Amma heç bir halda anlaya bilmədim… Onun ölkədən qaçırdığı pulları müsadirə edən Böyük Britanya olduğu halda, o, hədəf olaraq Azərbaycanın ictimai sektorunu seçir… Maraqlıdır, görəsən heç utanırmı?"


Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.


A.Şakiroğlu qeyd edib ki, görünür, Feyziyev ölkədən çıxartdığı “halal pullarını” müdafiə etməyin yolu kimi ölkənin ictimai-siyasi xadimlərinə, media kapitanlarına, qələm sahiblərinə hücum çəkməkdə görüb: "Bir qədər də uzağa gedərək Prezident tərəfindən əməkdar jurnalist adı almış şəxsləri “əməkdar dələduz” adlandırmaqdan belə çəkinməyib… Bu qədər harınlamaqmı olar? Bu harınlığın qida mənbəyi hardan gəlir, cənab Feyziyev?! Media nümayəndələri sizdən yazır, ictimai-siyasi xadimlər sizdən danışır - haqq edir! Ölkədən çıxarılan hər manata nəzarət etmək hər kəsin borcudur. Prezident Əliyevin ictimai nəzarət barədə onlarla fikrini buna misal göstərmək olar. Eyni zamanda Prezidentin 12 yanvar 2022-ci il tarixində yerli media nümayəndələrinə verdiyi müsahibə zamanı səsləndirdiyi "Bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Sizin, media nümayəndələrinin bu sahədə çox böyük rolunuz var. Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir. Ona görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir" fikrini xatırladaraq, Feyziyev əlahəzrətləri, sual edirəm: Ortaya qoyduğun bu debil və antimilli mövqe hardan qaynaqlanır?! Siz kimin vəkilisiniz? Millətin, ya milyonlarınızın?! Xalq və xalqla yanaşı ictimai nəzarəti həyata keçirən media nümayəndələri və ictimai xadimlər haqlı olaraq sual edir: Ölkədə qazandığın kapitalı ölkə daxilinə investisiya etməyərək xaricə daşımaqla nə demək istəyirsiniz? Bu məmləkətdə kapital güvənsizliyimi var? Azərbaycan bir dövlət olaraq ölkəyə xarici investorlar cəlb etdiyi bir zamanda sizin ailə timsalında daxili “sahibkarların” ölkədə qazanılan maddi vəsaiti xaricə çıxartmaq təbii ki, hər kəs (xalq daxil beynəlxalq investorlar) üçün çox düşündürücüdür… Deputat Cavanşir Feyziyev, görünür, dövlətçiliyə qarşı çıxmış şəxslərin mülklərini öz müğənni qohumlarının adına almasını ölkə daxili investisiya hesab edir… Ayıbdır! Hərəkətiniz nə deputat adına, nə də sahibkar adına yaraşır! Atdığınız addımların isə bir adı var: Həyassızlıq və harınlıq! Harınlıq olmasaydı, Prezident tərəfindən əməkdar jurnalist adı almış şəxslərə “əməkdar dələduz” adı verərdimi?! Hər halda xalqın ağır vəziyyətində maya dəyəri 10-15 manat olan "Arbidol" dərmanını 150-180 manata satmış və bununla özünə milyonlar qazanmış bir şəxsdən nə desən, gözləməyə dəyər… Heç şübhəsiz ki, bu şəxs ictimaiyyətdən üzr istəməli, Milli Məclis rəhbərliyi tərəfindən ən sərt cəzaya məhkum edilməlidir! Əks halda Milli Məclis rəhbərliyi bu həqarətə şərik çıxmış olacaq…"
Tarix: 6-02-2022, 21:56
Xəbəri paylaş





Xəbər lenti