Baş redaktor Cavanşir Feyziyevi istefaya çağırdı: “Dövlətin imicini qorumaq üçün...”


Baş redaktor Cavanşir Feyziyevi istefaya çağırdı: “Dövlətin imicini qorumaq üçün...”

“Dünyada dövlətin imicinə zərbə vur, doğru və ya yalan fərq etməz, adın hallansın, sən də bunu təkzib, təkzibini faktlarla sübut etmək əvəzinə, medianı, jurnalistləri hədəfə al, aşağıla, təhqir et. Bu, nə məntiqdir? Jurnalistləri təhqir etmək əvəzinə dövlətin imicini qorumaq üçün başqa yol da vardı. Məsələn, istefa”.
Bunu “Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalının baş redaktoru Rəfail Becanov deputat Cavanşir Feyziyevin jurnalistləri təhqir edən statusuna münasibət bildirərkən deyib.
Bildirib ki, parlament üzvü olduğuna görə Feyziyevin əməlləri dövlətə zərbə vurur:
“Feyziyev də dövlətin imicini qorumaq naminə jurnalistləri təhqir etməyi yox, istefanı tərcih etsəydi, daha məntiqli olardı. Təəssüf ki, adam 12 ildir deputatdır, jurnalistlərlə, mediayla rəftarı öyrənməyib.
Feyziyev deyir ki, qazandığı bütün vəsaitlər şəffaf və qanuni yolla əldə edilib, vergiləri ödənilib, şəxsən ona və ailə üzvlərimə məxsusdur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa deputata icazə verilmirsə, bu, necə sənə məxsus ola bilər? Heç olmasa, özünü deməzdin...
Feyziyev Azərbaycan Jurnalistlər Birliyinin və Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. Mediaya, jurnalistlərə münasibəti ilə özünün bu iki qurumda qalmaq imkanını tam tükədib. Hər halda istefaya gücü çatar...
Yazdıqlarını silməklə və təhqirə məruz qalan media subyektlərindən, jurnalsitlərdən üzr istəməklə, "ziyanın yarısından qayıtmaq" da olar...”
Tarix: 7-02-2022, 11:55
Xəbəri paylaş





Xəbər lenti