Deputat: “Elvin Həşimli adlı kürəkənim yoxdur, yəqin, bu, mənə qarşı qurulan oyundur”



"Elvin Həşimli adlı kürəkənim yoxdur. Mənim ailə tərkibim də, qohum-əqrəbam da məlumdur. Təkcə kürəkənim yox, həmin adda, soyadda heç kimi tanıram. Bunu kim, hansı məqsədlə yazıb bilmirəm, amma bu hadisənin bizə heç bir aiddiyyatı yoxdur".
 
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov sosial şəbəkələrdə onun kürəkəni kimi təqdim edilən Elvin Həşimlinin cinayət işi ilə bağlı iddialara cavab verərkən deyib.
 
Deputat bildirib ki, 3 qız övladı var, kürəkənlərinin də adları, soyadları, atalarının adları, nə işlə məşğul olduqları da məlumdur: "Elvin Həşimlinin kim olduğunu bilmirəm. Yəqin ki, bu, mənə qarşı qurulan oyundur. Məqsədini isə bilmirəm, Allahları bilsin. Həmin şəxsin atası da bildirmişdi ki, biz Elman Məmmədovu tanımırıq, onu indiyə kimi yalnız televiziyada görmüşük".
 
Qeyd: Sosial şəbəkələrdə Xətai Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin keçmiş əməkdaşı, 2 milyonluq dələduzluqda günahlandırılan Elvin Həşimlinin deputat Elman Məmmədovun kürəkəni olduğu ilə bağlı iddialar səsləndirilir.
Tarix: 7-02-2022, 21:25
Xəbəri paylaş





Xəbər lenti