Əflatun Amaşovun bacısı oğlu həbs edilib? - AÇIQLAMA



Bakı Mühəndislik Universitetinin təsərrüfat şöbəsinin müdiri Eldar Səmədovun oğlu Səməd Səmədov dələduzluq üstündə həbs olunub.
 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Səməd Səmədov Nərimanov rayon polis əməkdaşları tərəfindən saxlanılaraq məhkəməyə gətirilib.
 
Məhkəmənin qərarı ilə Səməd Səmədov AR Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.  
 
Səməd Səmədov Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun bacısı oğludur. Səməd Səmədov Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli Xəzər TV-yə rəhbərlik edən dövrdə bu telekanalda da çalışıb.
 
Azxeber.com məsələ ilə bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşov ilə əlaqə saxlayıb.
 
O məsələdən xəbərsiz olduğunu deyib: "Mən belə bir şeyi ilk dəfədir ki, sizdən eşidirəm. Qətiyyət belə bir şey yoxdur".
Tarix: 9-02-2022, 22:02
Xəbəri paylaş





Xəbər lenti