Fəzail Ağamalı: “Ramiz Mehdiyev ayağının biri burada, biri o biri dünyada olan vaxtı aqressiv münasibət sərgiləməklə nə demək istəyir?!”



"Ramiz Mehdiyev nə danışdığını bilmir. Ölkədə elmin bu gününü və gələcəyini düşünənlər Azərbaycan Milli Elmlər Akademiyasındakı (AMEA) hazırkı duruma vətəndaş mövqeyini ortaya qoyur, Ramiz Mehdiyevin yarıtmaz fəaliyyətini önə çəkir və onun AMEA-nı az qala şəxsi mülkiyyətə çevirməsindən narazılıqlarını ifadə edirlər. Həmçinin elm ocağının mövcud vəziyyətdən çıxarılması üçün konkret fikir və təkliflər səsləndirirlər. Ramiz Mehdiyəv isə bu arqumentlərə cavan vermək əvəzinə, məni "cib müxalifəti" adlandırır. Guya mən seçkilərdə seçicilər tərəfindən qovulmuşam. Gözünün içinə qədər yalan danışır. Bu yaşda insanın yalan danışması nə deməkdir?! Ümumiyyətlə, yalan insana yaraşan hərəkət deyil. Ramiz Mehdiyev xüsusilə də ixtiyar yaşında - ayağının biri burada, biri o biri dünyada olan vaxtı hər şeyə ədalətli yanaşmaq, nizam tərəzisini qoruyub saxlamaq, xeyirxah olmaq əvəzinə bu cür aqressiv münasibət sərgiləməklə nə demək istəyir?!"
 
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
 
Deputat bildirib ki, Ramiz Mehdiyev özünü nüfuzdan və hörmətdən salır: "Mən, əlbəttə ki, onun şəxsiyyətinə, şəxsi işinə müdaxiləni qətiyyən qəbul etmirəm. Heç vaxt bununla bağlı fikir bildirməmişəm. Bizim söz davamız AMEA-dakı vəziyyətin düzəlməsi üçündür. Görünən odur ki, Ramiz Mehdiyev vəziyyəti düzəldə bilmir. Əksinə, son iki ildə Akademiyanın olan-qalan nüfuzu və fəaliyyəti də sıfırlanıb. İnstitutların fəaliyyətini bloklayıb, özünün yaratmış olduğu Aparata katibliklə elmə aid olmayan işlərlə məşğul olub. Ramiz Mehdiyev buna etiraz edənləri təhqir hədəfinə çevirib, ayrı-ayrı elm adamlarını hədəfləyib, onların məişət məsələlərini ortaya qoyur və dünən yazmış olduqlarını bu gün başlarına vurur. O, müqəddəs elm məbədinin rəhbərliyə heç cür uyğunlaşa bilmir. Onun yazısında ziyalılıq yoxdur, dedi-qodu, böhtan və qərəz var. Söz elm adamlarınındır. Hesab edirəm ki, Ramiz Mehdiyevlə bağlı mövcud qalmaqal onların adına, nüfuzuna xələl gətirir, çünki alimlərin adı elə birbaşa Akademiyanın adı ilə bağlıdır. Hesab edirəm ki, elm adamları yığışaraq məsələni götür-qoy etməli və Azərbaycan elmini bu fəlakətdən xilas etmək üçün addım atmalıdırlar. Yeganə çıxış yolu isə, Ramiz Mehdiyevin daha sanballı, işgüzar, müasir, yaradıcı və elm adamları arasında böyük nüfuzu olan biri ilə əvəzlənməsidir".
Tarix: 11-02-2022, 14:10
Xəbəri paylaş





Xəbər lenti