FHN-də Şəhid atasını qapıdan geri qaytarıblar... - Şəhid atasından MÜRACİƏT


Salyan rayon sakini Hikmət Salahov Fövqəladə Hallar Nazirliyindən şikayətçidir. DİA.AZ-ın məlumatına görə, Vətən Müharibəsində bir övladını Şəhid verən, digər övladı isə Qazi olan Hikmət Salahov bildirir ki, oğlunun FHN-də işləməsi üçün əvvəlcə Salyanda müraciət edib, sonradan onu nazirliyə yönəldiblər.

"Nazirliyə getdim, məni elə qapıda qarşıladılar ki, istəyimi elektron formada onlara təqdim edib.

Dediklərini etsəm də, 3 aydır cavab yoxdur.

Biz Şəhid atalarını qapıdan yola salırlar, geri qaytarırlar. Amma mənim övladların namus yolunda, vətən yolunda savaşıblar".

Şəhid atası eyni zamanda rayonun deputatından da giley edib: "Hamısı yola verirlər, heç biri problemi həll etmir".

Daha ətraflı aşağıdakı videoda:



Yazıda adları çəkilən bütün qurum və şəxslərin mövqelərini dinləməyə hazırıq...
Tarix: 12-02-2022, 14:39
Xəbəri paylaş





Xəbər lenti