MM-in İntizam komissiyasının sədr müavinindən Cavanşir Feyziyevlə bağlı açıqlama



Jurnalistlərin deputat Cavanşir Feyziyevlə bağlı müraciəti Milli Məclisin İntizam komissiyasına daxil olmayıb.
 
Bunu Komissiyasının sədr müavini Fəzail Ağamalı Pravda.az-ın sualını cavablandırarkən deyib.

F.Ağamalı qeyd edib ki, müraciət daxil olduqdan sonra məsələ ilə bağlı Azərbaycan qanunvericiliyinə əsasən açıqlama veriləcək və tədbir görüləcək.
 
Qeyd: Milli Məclisin deputatı Cavanşir Feyziyev bir qrup jurnalisti ittiham edərək onları təhqir edib. Həmin jurnalistlər deputatı xüsusi ittiham qaydasında məhkəməyə verib. Qeyd edilir ki, Cavanşir Feyziyevlə bağlı İntizam komissiyasına da müraciət edilib.
Tarix: 14-02-2022, 14:22
Xəbəri paylaş





Xəbər lenti