Ramiz Mehdiyev: “Bunların hamısı boş söhbətdir”



Ramiz Mehdiyev: “Bunların hamısı boş söhbətdir”
Xəbər verdiyimiz kimi, fevralın 14-ü Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib.
 
Mehdiyev istefa verməyinə baxmayaraq, bu gün işə gəlib.
 
Baku TV əməkdaşları Ramiz Mehdiyevin həqiqətən də istefa verib-vermədiyin elə özündən soruşub.
 
Ramiz Mehdiyev bildirib ki, o, dünən istefasını ictimaiyyətə açıqlayıb. 
 
“Prezidentə müraciət etmişəm, sərəncam gələnə qədər işimi başında olacam”, – deyə o qeyd edib.
 
Cəmiyyətdə onun haqqında səslənən fikirlərə də münasibət bildirən R.Mehdiyev qeyd edib ki, o, belə şeylərə fikir vermir:
 
"Bunların hamısı boş-boş söhbətlərdi". 
 

 

Tarix: 15-02-2022, 21:52
Xəbəri paylaş





Xəbər lenti