AMEA Əmirov və Mehdiyevin arvadı ilə bağlı açıqlama yaydı


"AMEA Rəyasət Heyəti katibliyinin rəisi Eldar Əmirovun AMEA prezidenti, akademik Ramiz Mehdiyevin həyat yoldaşı ilə hər hansı qohumluq əlaqəsi yoxdur".
Bu barədə AMEA Mətbuat Xidmətinin məlumatında iddia olunur.

Məlumatda daha sonra bildirilir ki, Eldar Əmirov əslən qarabağlı, Ağdam şəhərindəndir .

"Ramiz Mehdiyevin həyat yoldaşı isə Gürcüstanın Poti şəhərindəndir. Ziyalı ailədə doğulub. Anası gürcü, atası polyak əsillidir. Ailədə bir bacı, bir qardaşdırlar" - deyə, məlumatda vurğulanır. 

Qeyd edək ki, məlumatlı mənbələr Eldar Əmirovun Ramiz Mehdiyevin arvadı Qalina Yuryevnanın qohumu olduğunu bildirir.

O, R.Mehdiyevin Prezident Administrasiyasında rəhbər olduğu vaxtlar onun köməkçisi də işləyib. AMEA-da baş verən bütün qanunsuzluqların başında da E. Əmirovun dayandığı bildirilir. (bax: AMEA-nı DE-FAKTO İDARƏ EDƏN ƏMİROV KİMDİR? - Onu Mehdiyevin "sağ əli" edən nədir?).




Tarix: 15-02-2022, 22:01
Xəbəri paylaş





Xəbər lenti