Ramiz Mehdiyevin kürəkəni də həbs olunur — Sabiq deputata dələduzluq ittihamı veriləcək


AMEA-nın Prezidentliyindən kənarlaşdırılan Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin həbsi gözlənilir.

Bu barədə Gununsesi.info-ya məlumatlı mənbələrdən daxil olan xəbərdə bildirilir.

Məlumata görə, Baş Prokurorluğun Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində sabiq deputatla bağlı illər əvvəl edilmiş şikayətlərə baxılması barədə siyasi qərar verilib.

Deputata dələduzluq və mənimsəmə ittihamının veriləcəyi gözlənilir.

Məlumatda o da bildirilir ki, İlham Əliyevdən şikayətçi olanlar keçmiş biznes şərikləri və vaxtilə inşaat materialı alan zaman borclu qaldığı şəxslərdir.
Tarix: 16-02-2022, 10:15
Xəbəri paylaş





Xəbər lenti