Ziya Məmmədovun qardaşı oğlunun təmtəraqlı toyundan VİDEO



Türkiyəli məşhur sənətçi Alişan Bakıya gəlib.

Sənətçi paytaxtımıza sabiq nazir Ziya Məmmədovun qardaşı oğlu Arzuman Məmmədovun toyu üçün təşrif buyurub.

Ötən gün keçirilən dəbdəbəli məclisdə xeyli sayda sənət nümayəndəsi iştirak edib. Gecədə Xalq artisti Röya Ayxan, Əməkdar artistlər Sevda Ələkbərzadə, Abbas Bağırov, müğənni Zamiq Hüseynov da səhnə alıb. Tədbirin aparıcısı isə Leyla Quliyeva olub.

Məclisdən sonra isə Abbas Bağırov və müğənni Vüsal Hacıyevin də yer aldığı yığıncaq təşkil edilib. Sənətçilərimiz Alişanla birlikdə mahnılar səsləndirib.
Tarix: 19-02-2022, 15:10
Xəbəri paylaş





Xəbər lenti