Deputatın şəriki məhkəmədə jurnalistə uduzdu



Bu gün Nərimanov rayon məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə Bakı şəhər sakinləri Oktay Abuzərov və onun oğlu Xalid Abuzərlinin “Demokrat.az” saytının Baş redaktoru Vasif Həsənliyə qarşı xüsusi ittiham qaydasında şikayəti ilə bağlı məhkəmə prosesi keçirilib.
 
Hakim işi icraata götürməmək barədə qərar qəbul edib və bunu məhkəmə iclasında elan edib.
 
Xatırladaq ki, Oktay Abuzərov deputat Qüdrət Həsənquliyevin şərikidir. O.Abuzərovun oğlu Xalid Abuzərli Dövlət Gömrük Komitəsinin əməkdaşıdır və gündəmə dəbdəbəli və təmtəraqlı həyat tərzi ilə gəlmişdi. Bunlarla bağlı araşdırma yazısından sonra saytı və onun Baş redaktorunu məhkəməyə vermişdi.
Tarix: 21-02-2022, 17:29
Xəbəri paylaş





Xəbər lenti