“Sələmçilik ölkədə bir biznesə çevrilib”



“Qazaxdan gələn bir xanımı əmisi ilə qəbul etdim. 2020-ci ilin dekabrında Qazaxda məşhur sələmçi ailəsindən 6500 manat faizə pul götürüb. Bu xanım qohum-əqrəbaları ilə birlikdə həmin 6500 manata görə artıq 300 minə yaxın pul ödəyiblər. Bu ödəmələr də balaların təhdidi ilə baş tutub. Söhbətdən xanımın çox avam, savadsız, səmimi birisi olduğunu anladım. Sələm verən də DYP əməkdaşının ailəsidir. Qazax rayonunda hamı tanıyır. Çox evlər yıxıb, ailələr dağıdıblar. Həmin xanım həyatına sui-qəsd edib, ancaq möcüzə nəticəsində həkim müdaxiləsi sayəsində sağ qalıb. Cinayət işi qaldırılsa da heç bir nəticə olmayıb. Hər şeyi pul həll edib. Bu, 1 ildən artıq müddətdə Qazax, Ağstafa prokurorları, polis rəisləri, onların tabe olduqları idarələrin məsul işçiləri ilə dəfələrlə görüşüb hadisəni deyiblər, lakin heç bir nəticə yoxdur. Məhkəmələr də ağlasığmayan dəlillər göstərməklə qətnamələr də qəbul edib”.
 
Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib.
 
“Sələmçilik ölkədə bir biznesə çevrilib və bu işdə hüquq-mühafizə, məhkəmə orqanları da şərikdirlər. Biz müsəlmanıq. Dinimizə görə də sələmçilik günahdır. Bundan başqa bu qədər evlər yıxılır, ailələr dağılır, ancaq yenə də heç kimə dərs olmur. Burada günahkar tək sələm verən yox, həm də alandır! Axı 10 günə 20-30% sələm almaq ağılsızlıq yox, axmaqlıqdır. Əksəriyyət bunu anlamadan edir. Sələm verənlər isə dəqiq bilirlər ki, verdikləri pulun əvəzində heç yerdə olmayan qazanc əldə edəcəklər. Ancaq onlar da dərk etmir ki, bu pulu heç kim yeyə bilməyib və bilməyəcək, çünki məhşur deyimdə olduğu kimi “fitil-fitil burunlarından gələcək”” – o qeyd edib.
Tarix: 1-03-2022, 08:10
Xəbəri paylaş





Xəbər lenti