Bərdəli musiqiçilər beynəlxalq müsabiqənin ən yüksək mükafatına layiq görülüblər


Bərdə şəhər Bülbül adına 1 saylı uşaq incəsənət məktəbinin şagirdləri Novruzova Aytac, Novruzova Nərmin,Şamxal İsa və Elnur Məmmədli Qazaxıstanın Nursultan şəhərində keçirilən "İnternational Music Astana" II beynəlxalq vokal-instrumental müsabiqəsində uğurla çıxış ediblər.
Siam.az bildirir ki, münsiflər heyətinin qərarı ilə Novruzova Aytac, Novruzova Nərmin,Şamxal İsa və Elnur Məmmədli 14-16 yaş  nominasiyasında “Qran-Pri” mükafatına layiq görülüblər.

Şagirdlərin müəllimi Həmzəyeva Aymira münsiflər heyəti tərəfindən təşəkkürnamə ilə təltif olunub.

Artıq neçənci dəfədir ki,Bərdə 1 saylı  uşaq incəsənət məktəbinin şagirdləri Bərdənin adını Beynəlxalq musiqi yarışmalarında yüksəklərə qaldırırlar. Bərdəli yeniyetmə musiqiçilərin uğurlarında  müəllimlərin, məktəbin direktorunun əməyi danılmazdır.
Siam.az xəbər portalının kollektivi yüksək nailiyyətə görə gənc musiqiçiləri təbrik edir, onlara daha böyük uğurlara imza atmalarını arzulayır.
Siam.az
Tarix: 2-03-2022, 16:06
Xəbəri paylaş





Xəbər lenti