Araz Əlizadə Rusiyanın yanında durub UKRAYNA HÖKUMƏTİNİ AŞAĞILADI - Bu adam necə deputat olmuşdu...


“Rusiya-Ukrayna münasibətləri ilə bağlı obyektiv fikir səsləndirirəm və heç vaxt heç bir ölkəni müdafiə etmirəm. Mənim müdafiə etdiyim ölkə təkcə Azərbaycandır və hər zaman da qanımla, canımla müdafiə edəcəyəm. Rusiyaya gəlincə isə, günahkar olanda da, haqlı olanda da, necə var, elə deyirəm. Əlbəttə ki, gərək, Rusiya Ukrayna ilə müharibəyə getməyəydi, amma nəzərə almaq lazımdır ki, bıçaq sümüyə dirənib. Rusiyanın başqa çarəsi yoxdur. Mən Rusiyanı müdafiə edib, neynəmişəm ki?! Vaxtilə Rusiya Prezidenti Boris Yeltsinlə normal münasibətlərim var idi, amma 1994-cü ildə ona istefa verməsi ilə bağlı açıq məktub yazıb bildirdim ki, getməlisən, çünki demokratiyanın qarşısını alırsan. Ona görə də Yeltsinlə münasibətlərimiz korlandı. Yəni, əgər Rusiyanı müdafiə etmiş olsaydım, o vaxtda belə addım atmazdım”.

Siam.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib.

A.Əlizadə bildirib ki, o, Rusiyanın yox, həqiqətin tərəfindədir.

“Hələ ötən ilin dekabr ayında Ukraynanı NATO-ya qəbul etməməyi təklif etdi və bildirdi ki, əgər sərhəddə raketlər yerləşdirilərsə, Moskvanı 5 dəqiqənin içərisində məhv edə bilərlər. Buna məhəl qoymadılar və Ukraynanı təcili silahlandırmağa başladılar. Yəni, Rusiya müharibəyə təhrik edildi. Ukraynada hazırda hakimiyyətdə olanlar isə faşistlərdir. Onlar Amerikanın qarşısında nökərdirlər, Amerika nə vaxt “vur” desə, vuracaqlar. Odur ki, mən tamamilə obyektiv yanaşma ortaya qoyuram”.
Tarix: 5-03-2022, 14:16
Xəbəri paylaş





Xəbər lenti