Elşad Abdullayevin bacısı oğlu Araz Mürsəliyev axtarışa verilib - FOTO



Rusiyada fəaliyyət göstərən diaspor rəhbəri Araz Mürsəliyev axtarışa verilib.
Siam.az APA-ya istinadən  xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) saytında məlumat yerləşdirilib.
Bildirilib ki, Mürsəliyev Araz Oqtay oğlu Cinayət Məcəlləsinin 311.3.2 (Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma)və 322-ci (özbaşınalıq) maddələri ilə təqsirləndirilir.
Onun barəsində məhkəmə qərarı ilə axtarış elan edilib.

Qeyd edək ki, Araz Mürsəliyev Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Moskva vilayəti üzrə katibi olub. O, 2015-ci ildə Rusiya Dövlət Dumasının Milli Məsələlər üzrə Komitəsinin Ekspertlər Şurasının üzvü seçilib.
Xatırladaq ki, Araz Mürsəliyev Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin bacısı oğludur.


Tarix: 10-03-2022, 13:00
Xəbəri paylaş





Xəbər lenti