"Ağlını itirmiş əbləhin davranışını qabaqcadan proqnozlaşdırmaq qətiyyən mümkün deyil..."


Rusiya prezidentinin psixi sağlamlığı ilə bağlı problemləri var.
 
Moderator.az xəbər verir ki, bu fikri "QORDON" nəşrinin sahibi Dmitri Qordona müsahibəsində Rusiyanın sabiq baş naziri Alfred Kox deyib. O, deyib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi onun üçün gözlənilməz olub.
 
"Mən həmişə Amerika xüsusi xidmət orqanlarının və şəxsən prezident Baydenin dediklərinə şübhə ilə yanaşırdım. Mən hər zaman deyirdim ki, Putin qorxudur, fırladır, gərginliyi artırır və s. Əlbəttə, mənim üçün bu, tam sürpriz oldu. Mən belə hesab edirəm ki, onun başına hava gəlib, bunu başqa cür izah edə bilmirəm. Özü də bu, gerçəkdən, tibbi nöqteyi- nəzərdən belədir.
 
Ona görə də mənim versiyam belədir ki, onun başında hansısa səslər, nəsə tam bir kabus, qarabasma var. Vəziyyət mən düşündüyümdən də mürəkkəb oldu. Atom bombası bir dəlinin, bütün parametrlərə görə başına hava gəlmiş birisinin əlindədir", - o, bəyan edib.
 
Kox qeyd edib ki, Putin Ukraynada blitskriqə nail olmadı. Jurnalist Kreml rəhbərinin bundan sonrakı hərəkətləri barədə sual verib.
 
"Əgər o, rasional olsaydı, ola bilsin, hansısa hərəkətlər proqramını düşünmək olardı. Lakin  onun başına hava gəldiyindən mən xəstə adamın davranışları üzərində baş sındırmaq istəmirəm. Onun beynində hansısa proseslər gedir və onsuz da bizim ssenarimizi dinləyən deyil. Və tamamilə ağlını itirmiş əbləhin davranışını qabaqcadan söyləmək qətiyyən mümkün deyil", - Rusiyanın sabiq baş naziri belə deyib.

Tarix: 11-03-2022, 09:47
Xəbəri paylaş





Xəbər lenti