“Biz passiv olduqca elə Azərbaycanda “5-ci kolon” baş qaldıracaq” – Aslan İsmayılov


“Ukraynada dünyanın taleyi həll olunur. Ukraynanın məğlub olması dünyada müharibənin dayanması yox, daha da alovlanması deməkdir. Ən azından Putinin artıq heç nəyin qarşısında dayanmayacağı, keçmiş SSRİ dövlətlərini də işğal edəcəyi aydındır. Ona görə də bu gün hakimiyyətin susmasını anlasam da, cəmiyyətimizin passivliyini başa düşmürəm. Hamı bilməlidir ki, biz passiv olduqca elə Azərbaycanda “5-ci kolon” baş qaldıracaq”.
 
Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib.
 
A.İsmayılov qeyd edib ki, “5-ci kolon”un günbəgün aktivləşməsini sosial şəbəkələrdən də görmək olar: “Əminəm ki, biz aktiv olmasaq, Ukrayna Xalqının mübarizəsinə heç olmasa sosial şəbəkələrdə birmənalı aktiv mənəvi dəstək olmasaq, susmaqda davam etsək, yaxın zamanlarda ölkəmizdə milli, etnik, dini çaxnaşma salmaq istəyənlər baş qaldıracaqlar. Bu gün ən azından hamımız Rusiya cəmiyyətinə onun hakimiyyətinin işğalçı, elə Rusiyanın özünün məhvinə aparan, rus xalqına dünyada nifrət aşılayan müharibə apardığını anlatmağa çalışmalıyıq. Gələcəkdə bizim üçün ölüm-dirim mübarizəsi aparan ukraynalı görəndə,  başımızı aşağı salmamaq üçün bunu hökmən etməliyik”.
Tarix: 15-03-2022, 08:53
Xəbəri paylaş





Xəbər lenti