Putinin qulu və "şestyorkası" - Çeçenistan liderinin yerini bilən yoxdur...

Putinin qulu və
Çeçen könüllülərinin komandiri Kadırovun Ukraynada rüsvay olmasından danışıb
 
Şeyx Mansur adına çeçen könüllülər taborunun komandiri Müslüm Çeberloyevski "məğlubedilməz kadırovçular" haqqında mifi təkzib edib.
 
Moderator.az xəbər verir ki, tabor komandiri bu barədə "Kavkaz Realii" nəşrinə danışıb.
 
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi zamanı kadırovçular əsl hərbçilərlə döyüşə hazır olmadıqlarını nümayiş etdirib.
 
Çeçen komandirinin sözlərinə görə, "Kadırovun nüfuzu xatirinə Kreml rəhbəri Vladimir Putin onlara Rusiyada özbaşınalıq etməyə icazə verib".
 
"Putin, əsasən, onlara stavka edir: "Kadırovçular gələcək, hamı qaçıb aradan çıxacaq və onlar hər şeyi qəbul edəcək". Bu gün nə baş verdiyini görürük. Onlar cücələr kimi meydanlara səpələnib...Və orada tək  çeçenlər deyil. Qafqazdan kadırovçular adı altında hamını cəlb ediblər", - Çeberloyevski danışıb.
 
Çeçen komandiri deyib ki, Rusiyada həlak olan rusiyalı hərbçilər barədə dürüst məlumat yoxdur.
 
"Əlimizdə dəqiq məlumat yoxdur, amma Çeçenistanda ölənlər barədə rəsmi deyilənlər cəfəngiyyatdır. Onlar yüzlərlədir. Onları Belarusdakı meyitxanalarda saxlayıb dəfn edir, evlərinə göndərmirlər. Ona görə də biz Kadırova deyirik: əgər bizim və ya daha kimlərinsə həyatına son qoymaq  istəyirsənsə, özün bura gəl. Ay qorxaq, orada niyə gizlənirsən?"- o, Kreml əlaltısına müraciət edib.
 
Çeberloyevski həmçinin qeyd edib ki, Putin üçün Kadırov "şestyorka"dan savayı bir şey deyil.
 
"İndi torpağımızda mənim üçün əsas düşmən Putindir, onun rejimi və ətrafıdır. Kadırov kimdir ki? Jurnalistlər onun əhəmiyyətini çox şişirdib, guya ki, Kadırov müstəqil şəxsiyyətdir. Kadırov Putinin qulu və şestyorka"sıdır", - çeçen komandiri vurğulayıb.
 
Nəşr qeyd edib ki, Ukraynada çeçenlərdən ibarət yeni dəstə formalaşıb və Rusiya ordusuna qarşı müqavimət göstərəcək. Artıq şeyx Mansur adına və Cövhər Dudayev adına iki könüllü hərbi birləşmə müharibədə Ukrayna tərəfində döyüşmək barəsində bəyanatla çıxış edib. Çeçenistanın rəhbəri Ramzan Kadırov könüllülərə silahı yerə qoymağa çağırış edib və həmin birləşmələrin liderlərinin başına görə yarım milyon dollar vəd edib.
 
Bu ərəfədə Kadırov inandırmağa çalışıb ki, Kiyev ərazisindədir və Ukrayna paytaxtını ələ keçirmək və Ukraynanın birinci şəxslərinə divan tutmaq üçün siqnal gözləyir. Lakin bu informasiya Ukraynanın bir sıra KİV- ri üçün şübhələr doğurub. Rusiyanın özündə də Kadırovun Ukrayna ərazisində olması faktı təsdiq edilməyib. Dmitri Peskov deyib ki, Çeçenistan Respublikası liderinin harada olması bəlli deyil. Yeri gəlmişkən, bu yaxınlarda bir videogörüntü Ramzan Kadırovun hal- hazırda Qroznıda olmasını sübut edir. Videonun müəllifləri iddia edir ki, Çeçenistan lideri martın 15- də FTX- nin direktoru Nikolay Patruşevi yerli hava limanında qarşılayıb.
Tarix: 16-03-2022, 07:48
Xəbəri paylaş





Xəbər lenti