Elman Nəsirov: "Putin xarizmalıdır..."


"ABŞ Senatı Rusiya Prezidenti Vladimir Putini hərbi cinayətkar elan etdi. Bu da az- az rast gəlinən haldır. Yəni dünyanın nəhəng dövlətlərinin birinin rəhbərinə hərbi cinayətkar deyilib və həmin cinayətkarın əlində nüvə çemodanı var. Nüvə düyməsini basmaq onun səlahiyyətindədir".
 

Bunu deputat Elman Nəsirov Rusiya-Ukrayna arasındakı müharibədə Rusiyanın nüvə silahından istifadə ehtimalından danışarkən deyib. Deputat bildirib ki, dünya mürəkkəb dövrə daxil olub:
 
"Fevral ayının 24-dən bu günədək Avropanın mərkəzində 2 qardaş, eyni kökənli slavyan xalqı arasında dağıdıcı, öldürücü müharibə gedir. Hər iki tərəf cox böyük itkilər verib. Bir çox hallarda nüvə müharibəsindən də bəhs edilir. Bu da təsadüfi deyil. Çünki Rusiyaya qarşı bütün Qərb ölkələri mübarizə aparmaqdadır. Ümimiyyətlə, bu gün dünyanın 8 dövləti nüvə silahına malikdir. İlk dəfə 1945-ci ildə ABŞ nüvə silahına sahib olub. Silah Naqasaki və Xirosima şəhərlərinə tətbiq edilib və nəticələr də bəllidir.
 
1949-cu ildə Sovet İttifaqı, 1951-52-ci illərdə Böyük Britaniya bu silaha sahib olub. 1960-cı ildən Fransa nüvə dövlətidir. Çin, İsrail, Hindistan və Pakistan da hazırda nüvə silahına malikdir. 2006-ci ildən Şimali Koreya nüvə silahına malikdir. Bu gün əslində dünyada nüvə potensialının 94 faizi Amerika və Rusiyaya məxsusdur. Əgər proseslər bu cür inkişaf edərsə, bütün bəşəriyyət ziyan çəkə bilər. Bir müddət əvvəl Rusiya müdafiə naziri Sergey Şoyqu qeyd etdi ki, ABŞ və NATO üzvü müttəfiqlərinin birgə hərbi büdcəsi 1 trilyondan artıqdır. Rusiyanın hərbi büdcəsi isə 46 milyard dollardır. Bildirim ki, bəzi mənbələrdə rəqəmin 154 milyard dollar olduğu göstərilir. Şoyqu bildirib ki, bu reallıqda Amerika və onun müttəfiqləri Rusiyanı 50 dəfə, Rusiya onları 5 dəfə məhv edə bilər".
 
Milli Məclisin üzvü deyib ki, nüvə müharibəsi bəşəri fəlakətdir və qalibi yoxdur. Ona gorə də bütun dunya dövlətləri, xüsusilə də nəhəng dövlətlər, NATO ölkələri bəşəriyyəti bu müharibəsindən qorumağa çalışmalıdır:
 
"Ukrayna ərazisində 6 atom elektrik stansiyası var. Müharibənin gedişatında bunların hər hansı birində fəlakət yaşanarsa, dəhşətli nəticələrə gətirib çıxara bilər. Ona görə də nəzərə almaq lazımdır ki, müharibə edən ölkələrdən biri nüvə ölkəsidir. Ekspertlər hesab edirlər ki, Ukrayna döyüş poliqonudur. Müharibə Rusiya Amerika və digər dövlətlər arasında gedir. Döyüşlərin baş verdiyi məkan Ukraynadır. Belə olan vəziyyətdə son dərəcə Rusiya nəhəng nüvə statusunu qoruyub saxlayır və Qərb üçün də çox təhlükəli ola bilər. Elə edilməlidir ki, proseslər nüvə müharibəsinə aparmasın. Hesab etmirəm ki, Putin nüvə müharibəsini başlatsın. Düzdür, nüvə düyməsi Prezidentdə olur. Amma bu, bir o qədər də sadə proses deyil. Nüvə düyməsini basdıqdan sonra işə düşməsi üçün 5-6 mərhələ keçilməlidir. Rusiya zəif irəliləyir, çox böyük müqavimətlə üz-üzə qalıb. Böyük itkilər olsa da, irəliləməkdədir. Beynəlxalq təşkilatlar, böyük dövlətlər bundan sonra hadisələrin ən qorxulu ssenarisi üzrə inkişafının qarşısının alınması üçün addım atmalıdır".
 
Elman Nəsirov bildirib ki, Putin Almaniyada əsk-kəşfiyyatda işləyib, kifayət qədər sərt mövqeli adamdır: "Gərək olduğu kimi deyək ki, həm də xarizmalıdır, hikkəlidir. Rusiyann müdafiə etmək onun bir nömrəli vəzifəsidir. Putin bildirmişdi ki, müharibə bu gün olmasa da, nə vaxtsa olacaqdı".
 
Cebhe.info
Tarix: 17-03-2022, 21:47
Xəbəri paylaş





Xəbər lenti