Azərbaycanın partiya rəhbəri Rusiyanın işğal siyasətinə haqq qazandırır


Azərbaycanın partiya rəhbəri Rusiyanın işğal siyasətinə haqq qazandırır

“Rus qoşunları amerikalıların İraqda hərəkət etdiyi kimi, yəni Ukraynanın şəhərlərində kütləvi şəkildə aviasiya və artilleriyadan istifadə etsəydilər, əlbəttə ki, hərbi əməliyyatlar qısa müddətdə başa çatardı. Ancaq ruslar bunu etmir və etməyəcək də”.

Reyting.az 
xəbər verir ki, bunu Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Ədalət Abdinov deyib.

Kommunist qeyd edib ki, ABŞ-ın vəhşiliyinə yer üzündən silinmiş İraqın Mosul şəhərini nümunə göstərmək olar: “Birləşmiş Ştatlar İraqın gələcəyi ilə qətiyyən maraqlanmır. Ukraynanın gələcəyi isə Rusiya üçün çox önəmlidir. Rusiya öz yanında dost Ukraynanı görmək istəyir, necə ki, əsrlər boyu dost olublar. Rusiyaya Mazepa, Bandera və Şuxeviç deyil, Boqdan Xmelnitskinin ideyalarına sadiq qalacaq Ukrayna lazımdır. Ukraynanın belə olması üçün ruslar bu gün orada insan həyatını mümkün qədər qorumağa çalışırlar. Ona görə də rus qoşunları metodik və ləng hərəkət edir, zərbələr məqsədyönlü və birbaşadır. İnsan itkilərini minimuma endirən rus qoşunlarının bu cür hərbi əməliyyatlarının nümunə kimi hərbi dərsliklərə daxil ediləcəyinə əminəm”.

Ə. Abdinovun sözlərinə görə, bu gün Rusiya Ukraynada antifaşist mübarizəsi aparır:

“Rusiya vətəndaşlarının böyük əksəriyyəti bunu başa düşürlər, çünki onlar Böyük Vətən Müharibəsi əsgərlərinin, pioner qəhrəmanların, Krasnodon komsomolçularının obrazları üzərində tərbiyə alıblar. Qərb üçün bunu başa düşmək çətindir, ona görə ki, faşizmlə mübarizə bu yırtıcılar üçün mücərrəd bir şeydir, İkinci Dünya Müharibəsi illərində Qərb ölkələrinə Rusiya üzərinə düşən bombaların onda biri belə düşməyib. Amma ən güclü anti-Rusiya təbliğatına baxmayaraq, bu gün Qərbdə bunu başa düşən insanlar var. Artıq dünyanın onlarla ölkəsində solçu qüvvələrin antifaşist şüarları ilə mitinqlər keçirilir, xüsusən də insanlar Ukrayna komsomolu liderlərinin, zindanda banderaçı nasistlərin işgəncələrinə məruz qalan Kononoviç qardaşlarının azadlığa buraxılmasını tələb edirlər”.
Tarix: 17-03-2022, 21:55
Xəbəri paylaş





Xəbər lenti