Nəzakət Məmmədova Volodimir Zelenskini təhqir etdi: “Qəhrəman deyil, təlxəkdir”




“Xalqı mənasız avantüraya görə qırğına verən adam (Ukrayna prezidenti Volodimir Zelenskini nəzərdə tutur-red) qəhrəman ola bilməz! “Onu niyə qəhrəman hesab etmirsən?” sualına, yəqin, çoxları deyəcək dayanıb o boyda Rusiyanın qabağında, qaçmır. O bəyəm özbaşınadır ki, qaça?! Onu hakimiyyətə gətirən böyükləri göstəriş veriblər ki, dayan, tərpənmə, o da məcburi qalıb”.
 
Pravda.az-ın xəbərinə görə, bunu politoloq Nəzakət Məmmədova bildirib.
 
“Siz nə bilirsiz ki, qaçmadığı hər günə görə onun hesabına neçə milyon dollar köçürülür?! Onun hakimiyyətdə qaldığı hər gün sülhə gedən yolda böyük bir qara daş, yüzlərlə insanın ölümü, qaçqınlar ordusunun artması deməkdir. Bu gün hər iki tərəfdən həlak olan hər bir insanın - istər mülki, istər hərbçilərin ölümü gətirib NATO quldurlarını ölkəyə dolduran o mütrüf təlxəyin kirli vicdanına yazılır!” – N.Məmmədova qeyd edib.
 
Sosial şəbəkə istifadəçiləri N.Məmmədovanın mövqeyinin qəbulolunmaz olduğunu bildiriblər. Əksəriyyət vurğulayıb ki, Rusiya Ukrayna ərazisinə hərbi müdaxilə etdiyi üçün məsuliyyət daşıyır, Prezident Vladimir Putin bu əməllərinə görə cavab verməlidir.
Tarix: 21-03-2022, 21:37
Xəbəri paylaş





Xəbər lenti