Yeganə Hacıyeva: “Bəziləri Rusiyaya “xidmət” edir”, “dəstəkləyir”…



“Rusiyaya ortaq dövlət, ortaq mədəniyyət , ortaq tarix və s. kimi aspektlərdən ənənəvi rəğbət bəsləyən intellektual kəsim indi onun əsas əks-təbliğatçılarına çevriliblər”.
 
Pravda.az-ın xəbərinə görə, bunu politoloq Yeganə Hacıyeva bildirib.
 
Y.Hacıyeva qeyd edib ki, bu kəsim Rusiyaya həm də ən acıqlı kəsimdir, çünki onlar üçün ortada zədələnmiş güvən də var: “Onlar elə düşünürdü ki, Rusiyanı tanıyırlar. Çünki heç cahil insanlar belə mülki insanlarla dolu şəhərləri bombalamağa, cəmiyyətin ruhunu və qələbə əzmini sındırmaq üçün əli yalın insanların gizləndiyi binaları vurmağa haqq qazandırmır. Rusiya post-sovet ölkələrində olan-qalan bağlarını da belə qırır… Bəziləri ürəyində Rusiyaya “xidmət” edir”, “dəstəkləyir” və s… Onları izləyəndə adamın ürəyi bulanır. Allah heç bir ölkəni belələrinin ümidinə qalacaq qədər düşürməsin…”
Tarix: 23-03-2022, 09:00
Xəbəri paylaş





Xəbər lenti