Vasif İsmayıl jurnalistlərdən üzr istədi – ““Ar olsun” ifadəm bir çox mətbuat işçisinin xətrinə dəyibmiş...”


“Dünənki həddimi aşan sözlərim haqqında. Çox əsəbləşmişdim. Hirsliykən nə etiraz etmək, nə də tərifləmək doğru deyilmiş. "Ar olsun" ifadəm bir çox mətbuat işçisinin xətrinə dəyibmiş. Düşünmədən öz hirsimi tökərkən bir-çox vicdanlı mətbuat nümayəndəsinin də əsəbləri ilə oynamışam. Doğru olmayıb. Yaraşmadı mənə. Bütün mətbuat işçilərindən üzr istəyirəm! Hətta məni hirsləndirənlərdən də. Bir daha düşünsünlər deyə...”
 
Pravda.az-ın xəbərinə görə, bunu tanınmış həkim Vasif İsmayıl bildirib.
 
V.İsmayıl qeyd edib: “Hələ də Azərbaycanın kasıb yaşayan insanının o başlığı görəndə  necə məyus olduğunu düşünərkən içim titrəyir”.
 
Qeyd: V.İsmayıl müsahibəsinə qoyulan başlığın təhrif olunduğuna görə sosial şəbəkədə “Azərbaycan mətbuatı, ar olsun sizə!” ifadəsini yazıb. Jurnalistlər də onu tənqid edib. 
Tarix: 27-03-2022, 16:42
Xəbəri paylaş





Xəbər lenti