Bərdəli musiqiçilərin uğurları davam edir


Azərbaycan Gənclər İttifaqı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Rəqs Assosasiyasınin birgə təşkilatçılığı ilə 26-27 mart tarixlərində  Şəki şəhərində “Böyük Qafqaz İncəsənət və Rəqs Kuboku - Şəki 2022” müsabiqəsi keçirilmişdir.
Müsabiqədə Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə şəhər Bülbül adına 1 saylı uşaq incəsənət məktəbinin şagirdləri iştirak edib uğur qazanmışlar. İfaçılar arasında Skripka şöbəsindən Aytac və Nərmin Novruzova bacıları yüksək nailiyyət göstərərək  1 yeri tutmuş ,diplomla təltif olunmuşlar.

 Bərdənin musiqiçilərinin uğuru bütün Bərdəlilər kimi Siam.az xəbər portalının kollektivini hədsiz sevindirir və Aytac və Nərmin Novruzova bacılarına növbəti müsabiqələrdə daha möhtəşəm uğurlar arzulayır.

Siz uğurlarınızı qazanın Aytac və Nərmin bacıları, biz sizi daima dəstəkləyəcəyik.Bu bizim mənəvi borcumuzdur. 
Sonda portalımız adından Aytac və Nərmin Novruzova bacılarının uğurlarında əməyi olan bütün müəllim kollektivinə təşəkkürümüzü bildiririk.
Siam.az
Tarix: 31-03-2022, 21:33
Xəbəri paylaş





Xəbər lenti