Hüquqşünas DYP-ni tənqid etdi – “Pusquda durub, cərimə yazırlar”


“Uzun müddətdir yazıram ki, hakimiyyət təmsilçiləri vətəndaşların ağır vəziyyətini anlamalı və təcili tədbirlər görməlidirlər. Bu hamıdan çox hakimiyyətin özünə lazımdır. Ona görə ki, ABŞ və Avropa Putin problemini həll edən kimi (bu problemin də həll ediləcəyinə heç kimin şübhəsi olmasın) keçmiş SSRİ-dən çıxmış dövlətlərə xüsusi diqqət yetirəcək. Onda da məhz bu gün maddi, sosial problemləri olan vətəndaşlar diqqət mərkəzinə gətiriləcək və bütün hakimiyyətlər üçün böyük problemlər yaradacaqlar”.
 
Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib.
 
A.İsmayılovun sözlərinə görə, polisin pusquda durmasının elə polisin özü üçün təhqirdir: “Bunu hər gün şəhərin bütün küçələrində görürəm. “Jurnalistlər evi”ndən “Azneft” dairəsinədək bir neçə müasir yeraltı keçid olmasına baxmayaraq, hər gün onlarla vətəndaş yolu qadağan olan yerdən keçməklə həm öz həyatlarına, həm də başqalarına təhlükə yaradırlar. Bir dəfə bu pozuntunun qarşısını alan DYP əməkdaşını görmədim. Əvəzində hər gün köhnə “İnturist”dən Bayıla gedən yolda bir neçə DYP əməkdaşı pusquda durub cərimə yazırlar, çünki saat 16:00-19:00 radələrində “Bayraq meydanı”ndan başlayaraq “Azneft” dairəsinədək tıxac olur və sürücülər tıxacdan tez çıxmaq üçün “İnturist” mehmanxanasına çatmamış dönüb, Bayıl vasitəsilə şəhərə getmək istəyirlər. Polis isə tıxacı nizamlamaq əvəzinə cərimə yazmaqla (yaxud rüşvət yığmaqla) məşğul olur”.
Tarix: 6-04-2022, 09:11
Xəbəri paylaş





Xəbər lenti