Ermənistana qaçan Naxçıvan sakininin kimliyi məlum oldu: Ailəsi yaxınlarının ya ölüsünü, ya dirisini tələb edir


 
Naxçıvan Daxili İşlər Nazirliyinin qısnamaları nəticəsində Ermənistana qaçan Ordubad rayon Gilançay kənd sakinindən artıq 100 saata yaxındır ki, heç bir xəbər yoxdur.
 
Bu barədə Ovqat.com-a itkin düşmüş şəxsin yaxınları məlumat verib. 
 
Yaxınları itkin düşmüş şəxsin 1961-ci il təvəllüdlü Nağıyev İmran Nurəddin oğlu olduğunu bildiriblər. Onlarının dediklərinə görə, İmran Nağıyev Naxçıvan ŞPİ nin 1-ci Polis Bölməsində qanunsuz olaraq saxlanılıb: “Onun tutulub 1-ci Polis Bölməsinə gətirələrkən barəsində heç bir qanuni prosedur başladılmayıb. Bu gün aidiyyəti qurumlar Naxçıvan ŞPİ-nin 1-ci Polis Bölməsində araşdırma aparsalar, İmran Nağıyev haqqında heç bir rəsmi qeydə rast gələ bilməyəcəklər. İmran Nağıyev Naxçıvan ŞPİ-nin 1-ci polis bölməsində olarkən, bölmə rəisi Şəmsi Mirzəliyev, Elçin və Şahmar adlı əməliyyat müvəkkilləri İmran Nağıyevə qarşı xoşagəlməz davranışlar sərgiləyiblər. İmran Nağıyev polis əməkdaşlarının əlindən çıxıb Ermənistan sərhədinə doğru qaçarkən Elçin adlı əməliyyatçı İ.Nağıyevin yoldaşı Xanım xalaya hədə-qorxu gələrək onların başına oyun açacağını bildirib”. 
 
Bildirilir ki, İmran Nağıyevin övladları artıq Naxçıvan Muxtar Respublikasına gəliblər. İ.Nağıyevin ailəsinin Muxtar Respublika hakimiyyəti qarşısında bir tələbi var: “Ya ölüsünü, ya da dirisini tapın, gətirin”.



Tarix: 9-04-2022, 15:20
Xəbəri paylaş





Xəbər lenti