"Elə hər kəsə "alim" və "müəllim" deyə-deyə elmsiz və təhsilsiz qalmışıq"


"Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekan vəzifəsinə Zaur Əliyev adlı şəxs seçilib. Bəlkə də reallıqda təyin edilib, fərqi yoxdur. Xeyirli olsun. Tanımıram. Bəzi hüquqşünaslar yazır ki, alimdir və hüquq elmimizi inkişaf etdirəcək. Təki elə olsun! Amma yazanın birindən soruşdum ki, onun hansı elmi əsərləri var, cavab verdi ki, özündən soruşun. Əsərləri ilə tanış deyil, amma adama alim deyir. Elə hər kəsə "alim" və "müəllim" deyə-deyə elmsiz və təhsilsiz qalmışıq. Bəlkə də adam doğrudan da alimdir və hətta yaxşı alimdir".


Pravda.az xəbər verir ki, bunu tanınmış vəkili Əkrəm Həsənov deyib.


"İnternetdə yalnız bir dərs vəsaitini tapdım - "Avropa İnsan Hüquqları Məhkəməsi" adlı. Məlumat xarakterli bir kitabdır. Hüquq fakültəsinin yuxarı kurs tələbəsi də Avropa İnsan Hüquqları Məhkəməsinin saytından istifadə edərək belə kitab yaza bilər. Başqa əsərləri varsa, zəhmət olmasa, mənə bildirin ki, adamın haqqına girmiş olmayım. Həm də üzərində çalışdığım "Azərbaycanın hüquq sistemi" adlı kitabımda istifadə edəcəyəm. Bu kitab üzərində işləyərkən həm hüquq sistemimizin, həm də elmimizin təsəvvür etdiyimdən də betər bərbad gündə olduğunun şahidi oluram" - Ə.Həsənov qeyd edib.
Tarix: 9-04-2022, 23:00
Xəbəri paylaş





Xəbər lenti