BDYPİ rəsmisi əsassız cərimələndiyini bildirən vətəndaşın iddiasına münasibət bildirdi - VİDEO


Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev əsassız cərimələndiyini bildirən vətəndaş Yakuşev Stanislav Ələskəroviçin iddialarına münasibət bildirib.
 
M.Ağayev Pravda.az-a açıqlamasında qeyd edib ki, məsələ araşdırılıb.
 
“Yakuşev Stanislav Ələskəroviçin adına 99 A 913 dövlət qeydiyyat nişanlı motosikleti idarə etməyə dair etibarnamə mövcuddur. 2014-cü ildə bağlanan həmin əqd 2023-cü ilədək etibarlıdır. Sonuncu etibarnamə o vətəndaşın adına bağlandığına görə bu gün motosikletin kimin sahibliyində olmasından asılı olmayaraq həmin şəxslər tərəfindən törədilən qayda pozuntuları Yakuşev Stanislav Ələskəroviçə yazılır. Vətəndaş qeyd edir ki, ayrı-ayrı avtomobillərin sürücülərinin törətdiyi inzibati qayda pozuntularına dair cərimələr ona gəlir. Bu məsələ də araşdırılıb, texniki xəta aradan qaldırılıb. Məlum oldu ki, avtomobillərin sürücüləri tərəfindən törədilən iki inzibati xəta hərflərin kombinasiyasında oxşarlıq olduğuna görə Yakuşev Stanislav Ələskəroviçə yazılıb. Ümumiyyətlə, bu halların baş verməməsi üçün vətəndaş özü təşəbbüskar olmalıdır, etibarnaməni ləğv etdirməlidir” – BDYPİ rəsmisi bildirib.
 
Kərim
 

Tarix: 18-04-2022, 11:58
Xəbəri paylaş





Xəbər lenti