"İnsanlar söz deməkdən, eşitməkdən qorxurlar, amma şər, qeybət və böhtandan qorxmurlar"



"Mənə deyirlər ki , sən çox “naivsən” hamıya etibar edirsən, hər sözünü rahat hamının yanında danışırsan, belə etmə, danışma".

Pravda.az xəbər verir ki, bunu müğənni Nura Suri deyib.

"Mən uşaqlıqdan hamı kimi olmamışam, olmaq da istəmirəm. Başa düşülməməkdən də artıq qorxmuram. Hamı məni olduğum kimi görə bilməz, anlaya bilməz. Mən də çox vaxt hamını olduğu kimi görə bilmirəm. Mənim utanacaq, qorxacaq heç nəyim olmadığından hamıyla rahat səmimi danışıram, onlara etibar etdiyimdən yox.
Bir şeyi də dəqiq anladım ki, insanların ən qorxduqları sözdür. Söz deməkdən, eşitməkdən qorxurlar. Amma şər, qeybət və böhtandan qorxmurlar. Çox qəribədir insanlar, birinə deyəndə ki, heyvanlar yazıqdır onların ətini yeməyin anında Quranda yazılıb yemək olar deyirlər. Həmin an Allah, Quran yadlarına düşür. Kiminsə haqqına girəndə, kiməsə şər atanda və sairə Allah ağıllarının ucundan belə keçmir" - müğənni qeyd edib.

N.Suri əlavə edib ki, o insanları çoxdan ciddiyə almadığına görə çox rahatdır: "Kim nə deyər, nə qələt edərlə yaşamıram. Baxırsan ki, adamın uğuru, pulu, işi hər şeyi var, amma rahat deyil. Onu-bunu güdür ki, birdən kimsə nəyəsə nail olar, mane olum məndən başqa uğur qazanan olmasın. Həmin insanlar içdən çox bədbəxtirlər, kənardan xoşbəxt görünsələr belə. Mənim ən çox arzu etdiyim pul, uğur deyil, hər zamam rahatlıq istəmişəm. Niyyətin hara mənzilin ora. Rahatlıq insanın düşüncəsindən başlayır, beynindən yəni...
Rahatam şükürlər olsun, naiv filan deyiləm. Heç kəsə də etibar etmirəm. Sadəcə utanacaq və qorxacaq heç nəyim yoxdur bunu anlayın artıq. Məni ya olduğum kimi anlayın qəbul edin, ya da gedin özünüzə uyğun insanlarla oturub durun. Mənə pislik etdiyinizdə, sizə yaxşılıqla niyə cavab verdiyimi düşünürsüz bilirəm. Amma siz düşündüyünüz kimi deyil. Sadəcə mən özümə dəyər verirəm və pisliklərlə karmamı korlamaq istəmirəm".
Tarix: 20-04-2022, 16:06
Xəbəri paylaş





Xəbər lenti