Deputat: "Kim nəyi istəyirsə, geyinə bilər, istəyirlərsə, lüt gəzsinlər..."



“İnsanların geyiminə qadağa qoya bilmərəm. Kim nəyi istəyirsə, geyinə bilər, istəyirlərsə, lüt gəzsinlər. Amma ali təhsil ocağına, elm mərkəzinə şortiklə gedilməsini qəbul etmirəm. Bu, mənim şəxsi fikrimdir. Avropada 50 hoqqa çıxarırlar... Onların yaxşı adətlərini – elm öyrənməyi, universitetlərdə yüksək səviyyəli tədrisi götürmürük, şortik geyinməyə meyillənirik. İstənilən halda, biz nə ABŞ-da, nə də Avropada yaşamırıq. Bizim milli mentalitetimiz, adət-ənənələrimiz var. Toya gedəndə bir cür, yasa gedəndə başqa cür geyinirik”.
 
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.
 
Deputat qeyd edib ki, piknikə və ya plyaja gedəndə şortik geyinmək normaldır, amma o, təhsil ocağına şortiklə getməyi ayıb hesab edir: “Kim ayıb saymırsa, rahat şəkildə geyinib gedə bilər. Məlumdur ki, universitetə şortiklə gedəni nə rektor, nə də qapıçı döyəcək. Sadəcə olaraq, tələbə yoldaşları arasında qınaq obyektinə çevriləcək. Misal üçün, qapalı məkanlarda, eləcə də universitetlərdə siqaret çəkmək də qadağan edilib. Onda gəlin, siqaretin də davasını edək, deyək, yaxşı edib universitetdə siqaret çəkib rektorun üzünə “püfüldədirəm”. Misal üçün, Sinqapurda küçədə belə, siqaret çəkmək qadağandır, siqareti “püfləyə-püfləyə” yolda, küçədə gəzmək olmaz, buna yalnız müəyyən yerlərdə icazə verilir. Belə çıxır ki, biz Sinqapurda demokratiyanın pozulduğunu iddia etməliyik?! Azadlığı hər kəs ayrı cür başa düşür”.
Tarix: 25-04-2022, 15:00
Xəbəri paylaş





Xəbər lenti