Dövlət Departamenti Bəxtiyar Hacıyevə qarşı son hücumu pisləyib



“Azərbaycanda konstitusion hüquqlarını həyata keçirən vətəndaşlara qarşı zorakılıq, hücumlar və digər təzyiq formalarından dərin narahatıq”, - cümə günü ABŞ Dövlət Departamentinin sözçüsü Azərbaycanlı fəal Bəxtiyar Hacıyeva edilən hücumla bağlı TURANın sorğusuna cavabda bildirib.
"Biz, höküməti bütün bu kimi hadisələri araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırırıq", - sözçü bildirib.
“Birləşmiş Ştatlar insan hüquqlarına və əsas azadlıqları qətiyyətlə müdafiə edir. Və biz bir daha hökuməti öz vətəndaşlarının hüquqlarına, o cümlədən öz fikirlərini dinc ifadə etmək hüququna hörmət etməyə çağırırıq”, - sözçü əlavə edib.
* Aprelin 21-də Hacıyev bildirib ki, o, oğurlanıb, işgəncələrə məruz qalıb, videoya çəkilib, Azərbaycanın daxili işlər naziri ilə bağlı Facebook-da yazdığı yazıları silməyə məcbur edilib, sonra gözü bağlı halda şəhərdən kənarında buraxılıb
Tarix: 30-04-2022, 12:41
Xəbəri paylaş





Xəbər lenti