Tural Abbaslı bəzi müxaliflərə “daş atdı”: “Öz balası Londonda kef çəkir...”


Tural Abbaslı bəzi müxaliflərə “daş atdı”: “Öz balası Londonda kef çəkir...”

“Biz müxalifətçilik lisenziyasını kimdən alaq? Kimin bığının altından keçək, deyək ki, sən canı bizə müxalifət de? Amerikaya, Londona, yoxsa burada internetsiz evlərəmi gedək? Biz lisenziyamızı xalqdan almışıq”.
Cebhe.info xəbər verir ki, bunu AĞ Partiyanın başqanı Tural Abbaslı deyib.
Partiya rəhbəri xalqın müxalifətçilik lisenziyasını aldığını bildirib:
“Mən rəqiblərə özümü sübut etməyə çalışmıram. Deyirlər ki, Tural Abbaslı hakimiyyətə işləyir, girib baxırsan ki, özü YAP-ın üzvüdür. Deyir "ey mənim xalqım meydanlara çıx", ardıyca da efirdə deyir ki, "oğlum Londonda başını aşağı salıb çörəyini qazanır".
Bəs buradakılar nə etsin? Burdakıların da balası baladır axı. O birisi iqtidarın hesabına ev-eşik alıb, pullanıb, indi də qoca vaxtında Amerikada oturub oradan bura demokratiya dərsi keçir.
Digərinin qardaşı parlamentdə oturub hakimiyyəti dəstəkləyir, özü isə guya müxalifətçilik edir. Ümumiyyətlə, bizi qəbul etməyən partiyaları dərnək hesab edirik”.
Tarix: 30-04-2022, 15:38
Xəbəri paylaş





Xəbər lenti