Tanınmış jurnalistlər Ali Məhkəmənin sədrinə müraciət etdilər - MƏTN



Bir qrup tanınmış jurnalist Ali Məhkəmə sədri Ramiz Rzayevə müraciət ünvanlayıb.

Media mənsubları Ali Məhkəmə sədrindən xahiş edirlər ki, uzun illər  “7 Gün” qəzetinin baş redaktoru vəzifəsində çalışmış Emin Quliyevin  (Eminbəyli) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına pensiya hüququ ilə bağlı qaldırdığı iddia ərizəsini nəzarətə götürsün.
Müraciətdə deyilir:
-Bu gün ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə olduğu kimi məhkəmə-hüquq sistemində də islahatlar dayanmadan həyata keçirilir. Müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik olan ədalət mühakiməsinin yenidən formalaşdırılması prosesi sürətlə davam edir. “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli Fərmanından irəli gələn bütün vəzifələr davamlı olaraq icra olunur.
Ölkəmizdə məhkəməyə müraciət imkanları daha da genişləndirilir, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılır, məhkəmə icraatının effektivliyi yüksəldilir, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunur, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilir, eyni zamanda, ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyəti təmin edilir.
Bu baxımdan cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasının müddəalarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət edilməsi cəmiyyətdə ədalətli məhkəmə-hüquq sisteminə inamı daha da artırır.
Cənab sədr, biz, vaxtilə “7 Gün” qəzetində işləmiş bir qrup ziyalı, jurnalist kimi Sizə müraciət edərək, uzun illər bu qəzetin baş redaktoru vəzifəsində çalışmış Emin Quliyevin  (Eminbəyli) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına pensiya hüququ ilə bağlı qaldırdığı iddia ərizəsini nəzarətə götürmənizi xahiş edirik. İşə Ali Məhkəmədə yazılı icraat qaydasında,  məhkəmə iclası və şifahi dinləmələr keçirilmədən hakimlər İ.K.Hüseynov (məruzəçi), N.İ. Rəsulbəyova və K.N. Bədəlovadan ibarət tərkibdə baxılması gözlənilir.
 Qeyd edək ki, Emin Quliyev “7 Gün” qəzetində işlədiyi illərdə dövlət və dövlətçiliyin qorunmasında, hüquqi-demokratik cəmiyyətin yaranmasında, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan müstəqil, azad mətbuatımızın inkişafında bir jurnalist kimi dayanmadan fəaliyyət göstərib. Hazırda ölkənin ictimai-siyasi arenasında, müxtəlif mətbuat orqanlarında, televiziya və radiolarında çalışan onlarla ictimai, siyasi xadim, jurnalist - məhz, “7 Gün” qəzetinin yetişdirmələridir.
“7 Gün” qəzetində işləyən və əməkdaşlıq edən bir qrup  ictimai-siyasi xadim və jurnalist:
Füzüli Qurbanov – AMEA-nın Fəlsəfə, Sosiologoya və Hüquq İnstitutu, "İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi" şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru.
Tofiq Abbasov – "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin "İctimai-siyasi proqramlar Studiyası"nın direktoru, aparıcı.
Akif Aşırlı – Azərbaycan  Respublikasının əməkdar jurnalisti, tarix üzrə fəlsəfə doktoru, "Şərq" qəzetinin təsisçisi və Baş redaktoru, "Tərəqqi" və "Azərbaycan Xalq Cümhuriyyəti-100" medalı laureatı.***
Faiq Hüsiyev – “7Gün” qəzetində ştatdankənar müxbir (1994), Azərbaycan Respublikasının əməkdar jurnalisti, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədr müavini (2009-2015), Teleradio Akademiyasının rektoru (2015-2021), AzTV Analitik Qrupun rəhbəri (2021).
Varis Yolçiyev – Azərbaycan  Respublikasının əməkdar jurnalisti, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin, Rusiya Yazıçılar İttifaqının, Beynəlxalq Yazıçılar Gildiyasının üzvü.
Aida Eyvazlı – telejurnalist, yazıçı, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Özbəkistan və Mərkəzi Asiya Respublikaları üzrə xüsusi müxbir postunun rəhbəri işləyib.
Kəmalə Namazova – Bakı Dövlət Universitetində İctimaiyyətlə Əlaqələr və İnformasiya Şöbəsinin müdiri.
Sahil Kərimli – TREND İnformasiya Agentliyində Baş redaktorun müavini.
Əziz Rzabəyli – "yenisabah.az" saytında redaktor.
Azər Ayxan – "Yeni Müsavat" qəzetində Baş redaktor.
Rasim Mədəd – "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsində rəis müavini.
Elşən Məmmədəliyev – "Yeni Müsavat" qəzetinin aparıcı jurnalisti.
Asəf Quliyev – "herbiand.az" saytında redaktor.
Rasim İsmayılov – "İctimai TV"-də redaktor.
Dilarə Quliyeva – müstəqil jurnalist, yazıçı.
Füzuli İsmayılov – "Hakimiyyət" qəzetinin Baş redaktoru.
Sevinc Telmanqızı – jurnalist, "Müsavat TV"-nin aparıcısı.
Bəhruz Əliyev – "Baku TV"-də redaktor.
Ramilə Qurbanlı – Space TV də redaktor.
Afaq Quliyeva – müstəqil jurnalist.
Sevda Mikayılqızı – jurnalist.
Rasim Sadıqov – "azpress.az" saytının Baş redaktoru, tanınmış fotoqraf.
Yusif Nəzərli – "Şərq" qəzetində redaktor.
Pünhan Əfəndiyev – iqtisadçı-jurnalist.
Namiq Həsənov – Teleradio Akademiyasında şöbə müdiri.
Məmməd Süleymanov – müstəqil jurnalist.
Səbuhi Məmmədli – jurnalist, "lent.az" saytında müxbir.
Hüseyn İsmayılbəyli – jurnalist, JAM News Azərbaycan redaksiyasının Baş redaktoru.
Sevinc Seyidova – "Həftə içi" qəzetinin Baş redaktoru.
Tarix: 6-05-2022, 22:04
Xəbəri paylaş





Xəbər lenti