"Əğər Milli Məclisin müdafiə komitəsinin sədri biz hərbçilərin müdafiəsinə qalxmırsa..."


Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsğərova:
           
Hörmətli Ziyafət müəllim, bir qrup ehtiyatda və istefada olan hərbçilər sizə müraciət etdilər. Siz onların nümayəndəsi ehtiyatda olan p-k leytenant hörmətli İlqar Allahverdiyevi qəbul etdiniz və bizi narahat edən iradları dinlədiniz. Ancaq 13 may 2022-ci ildə Milli Məclisin hərbçilərin pensiya təminatı haqqında qanunun dəyişdirilməsinin müzakirəsində Sizin səsiniz çıxmadı. Niyə? Nə səbəbə? Siz niyə bu qədər hərbçi ordusunun ümidlərini qırdınız? Atalar məsəli var: Sizə ğüvəndiyim dağlar, sizə də qar yağarmış. Sual olunur: Əğər Milli Məclisin müdafiə komitəsinin sədri biz hərbçilərin müdafiəsinə qalxmırsa, onda biz başqa deputatlardan (Musa Quliev kimi) nə ğözləyə bilərik.
           
Bəlkə siz hərbiçilərin vətənə necə qulluq etdiklərindən, lazım olanda ehtiyatdan xidmətə çağrıldıqlarından, bütün xidməti boyu sağlamlıqlarını itirdiklərindən, lazım ğəldikdə canlarından belə keçdiklərindən xəbərsizsiniz? Yox, Siz bütün bunları çox ğözəl bilirsiniz. Bəs niyə susdunuz? Yəni bizim bütün problemlərimiz Ali Baş komandan səviyyəsində həll edilməlidir?
Heyif ki, bütün bu sualların cavabı yoxdur.
 
Bir qrup ehtiyatda olan zabitlər
Tarix: 20-05-2022, 11:42
Xəbəri paylaş





Xəbər lenti