Ramiz Mehdiyevin qohumu vəzifəsindən azad edildi
AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin qohumu Akademiyadakı işindən çıxarılıb. Məlumata görə, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin qardaşı Fikrət Əliyev AMEA-nın İşlər idarəsinin müdiri vəzifəsindən kənarlaşdırılıb.
Qeyd edək ki, AMEA-nın mətbuat xidməti məlumatı təkzib edib və Fikrət Əliyevin işdən çıxarılmadığını, məzuniyyətdə olduğunu açıqlayıb.
Lakin mənbələrimizin verdiyi məlumata görə, Fikrət Əliyev tutduğu vəzifədən azad edilib.
Konkret.az
Tarix: 21-05-2022, 14:08