Naxçıvanda həbs edilən Səma Abbasova və qardaşı buraxıldı- Sədərək gömrüyündə baş verən biabırçılıqla bağlı çəkiliş etmişdi VİDEO



Naxçıvanda həbs edilən Səma Abbasova və qardaşı buraxıldı-
Sədərək gömrüyündə çəkiliş etdiyinə görə həbs edilən Səma Abbasova və qardaşı Şəmi Abbasov mayın 27-də Vasif Talıbovun göstərişi ilə azadlığa buraxılıblar. Bu haqda "Gündəlik Naxçıvan"a Səma Abbasovanın özü məlumat verib. O, azadlığa buraxılmalarında mətbuatın rolunun olduğunu qeyd edib və məsələni ictimailəşdirən hər kəsə təşəkkürünü bildirib.
Şərur rayon Aralıq kənd sakini Səma Abbasova mayın 19-da Sədərək gömrüyündə üzləşdiyi haqsızlığı videoya çəkdiyi üçün qardaşı ilə birgə saxlanılmışdı. Elə həmin gün Sədərək rayon Məhkəməsi bacı-qardaş haqqında 30 sutkalıq həbs qərarı çıxarmışdı. Onlar gömrük qaydalarını pozmaqda ittiham olunurdular. Bacı-qardaşın qohumları "Gündəlik Naxçıvan"a bildirmişdilər ki, onlar məhv Naxçıvan Ali Məclis sədri Vasif Talıbovun göstərişi ilə tutulublar.
Sədərək gömrüyündə baş verən biabırçılıqla bağlı edilən çəkiliş:


Tarix: 29-05-2022, 09:01
Xəbəri paylaş





Xəbər lenti