Deputat: “Bəlkə də Kəmaləddin Heydərov əsəbləşib, Ramiz Mehdiyevin oğlunun səlahiyyətlərini bir qədər də artırıb”


“Kəmaləddin Heydərov nə vaxt kiminsə sorğusuna cavab verib ki, mənim də sorğuma cavab verə? Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevlə bağlı müraciəti Kəmaləddin Heydərova göndərmişdim ki, bəlkə xəbəri yoxdur, xəbərdar olsun. Bilsin ki, T.Mehdiyev “Şərq-Qərb” nəşriyyatının təsisçisidir. Bu, qanunlara zidd olan bir şeydir. Müraciət etdim, ancaq heç bir nəticə yoxdur. Ramiz Mehdiyevin oğlunun rəhbərlik etdiyi nəşriyyat yenə də tenderlərdə iştirak edir. Yazdıqdan sonra bəlkə də Kəmaləddin Heydərov əsəbləşib və Teymur Mehdiyevin səlahiyyətlərini bir qədər də artırıb. Məmurlar, adətən, belə işləyirlər...”
 
Siam.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Etibar Əliyev deyib.
 
“Bilmirəm, hazırda Ramiz Mehdiyevə dəstək verən məmur var, ya yoxdur. Hər halda uzun illər Mehdiyev Prezident Administrasiyasında yüksək vəzifə tutub, kifayət qədər qohum-əqrəbasını yerləşdirib, elm sahəsinə yetərincə şəxslər dürtüb. Onun heç bir elmi olmayan qohumları elmdə də monopoliya yaradıblar. Əgər Mehdiyevin özü AMEA-nın prezidenti kimi yarıtmaz fəaliyyətlə məşğul olubsa, eynilə onun kadrları da indi yarıtmaz fəaliyyətlə məşğuldurlar. O, heç vaxt istedadlı və ağıllı şəxslərə dəstək verməyib, əksinə onları “vurub”. Nə qədər imkan var, həmin şəxslərin sıradan çıxması üçün çalışıb. Bu faktdır. Bunu tək mən demirəm, yüzlərlə adam deyir. Mehdiyev sıradan çıxartdığı istedadlı şəxslərin yerinə səriştəsiz, korrupsiyaya qurşanan şəxsləri gətirib. Ona görə də məsələni Kəmaləddin Heydərovun diqqətinə çatdırdım. Heydərov da nəticə çıxarar-çıxarmaz, özü bilər. Nazir özü nüfuza malik olsaydı, onun kadrlarından biri, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Gömrüyün dünəni, bu günü, sabahı” adlı 400 səhifəlik kitabında bir cümlə ilə onu yada salardı. Elə nüfuz sahibi olsaydı, yetişdirdiyi kadrlardan biri tərtib etdiyi kitabda bir cümlə ilə onun adını xatırlayardı. Bu, o deməkdir ki, K.Heydərovun öz müavini ilə müəyyən oxşarlıqları var”, - E.Əliyev bildirib.
Tarix: 31-05-2022, 14:23
Xəbəri paylaş





Xəbər lenti