Deputat yardım etdiyi ailənin fotosunu NİYƏ PAYLAŞIR Kİ... - “Facebook səhifəmi mən idarə etmirəm”


“Mən hazırda xaricdəyəm. Facebook səhifəmi də özüm idarə etmirəm. Mən də hesab edirəm ki, bu fotonun sosial şəbəkədə yayılması doğru hal deyil”.

Siam.az xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında AVP sədri, deputat Fəzail Ağamalı Salyanda ərzaq yardımı etdiyi ailənin fotosunu sosial şəbəkə hesabında yaymasına münasibət bildirərkən deyib.

Qeyd edək ki, Fəzail Ağamalının sosial şəbəkə hesabında “Salyan rayonu Həsənli kənd sakini çoxuşaqlı, aztəminatlı Süleymanova Sevincin ailəsini köməkçim Xidmət Orucov ərzaq yardımı ilə ziyarət etdi” başlıqlı foto paylaşıb.



Ancaq deputat deyir ki, bu səhifə onun olsa da Həcər adlı köməkçisi işlədir:”Ola bilsin ki, xoş niyyətimizi ifadə edib. Amma bunu doğru saymıram. Mən o paylaşımı sildirəcəm”.
Tarix: 31-05-2022, 17:56
Xəbəri paylaş





Xəbər lenti