Son 4 ildə ölkədə minimim əmək haqqı 2 dəfədən çox, minimum pensiya 2 dəfəyə yaxın artmışdır-Professor


Son illər Azərbaycanın sosial statusa malik olan Dövlət kimi mövqeləşməsi istiqamətində Respublikada həyata keçirilən və Prezident İlham Əliyevin siyasi iradəsinə söykənən sosial yönümlü idarəetmə siyasəti ölkəmizi bir çox sosial, eyni zamanda iqtisadi problemlərdən qorumuş oldu. Belə ki, son 4 il ərzində sosial müdafiə sistemində şəffaflığın təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi karantin məhdudiyyətlərinə, dünyada baş verməkdə olan dərin iqtisadi böhrana baxmayaraq, ölkədə əmək haqqı fondunun, pensiya və müavinətlərin  artımını reallaşdırılmasına imkan verdi ki, bu da öz növbəsində ölkəmizdə sosial və iqtisadi dayanıqlığın təmin ediilməsinə təkan verdi. Fikrimcə, hər bir ölkədə idarəetmənin ən həssas istiqamətlərindən olan sosial müdafiə sistemində qeyd edilən müsbət dəyişikliklər ölkədə ictimai-siyasi sabitliyə, dayanıqlı iqtisadi inkişafa təhlükə yaratmaq istəyən qüvvələri narahat edən amilə çevrilmiş və ölkədə sosial siyasətin həyata keçirilməsinə bilavasitə cavabdeh olan qurum - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, zənnimcə, həmin qüvvələr tərəfindən açıq-aşkar hədəfə alınmışdır.
Təəssüflər olsun ki, biir sıra hallarda reallıqda qeyd olunan danılmaz rəqəmlər və göstəricilərə deyil, siyasi spekulyasiyalara, sosial şəbəkələrdə dağıdıcı funksiya oynayan savadsız və qərəzli insanlara istinadlar edilir, onların populist çıxışları tirajlanır. Bu təhlükə daşıyan məsələdir və fikrimcə, ictimai fikirə reallığı əks etdirən, elmi cəhətdən əsaslandırılmış təhlilə söykənən informasiyalar mütləq çatdırılmalıdır. Rəqəmlərə nəzər yetirək və obyektiv mənzərənin geniş auditoriyaya çatdırmağa çalışaq. 
 
Son 4 ildə ölkədə əmək haqqı fondunun Ümumi Daxili Məhsula(ÜDM) nisbəti 2 dəfəyə yaxın artırılmışdır və  bu nisbət 25 faizə yaxınlaşmaqdadır. Bu illər ərzində minimim əmək haqqı 2 dəfədən çox, minimum pensiya 2 dəfəyə yaxın, orta əmək haqqı 40 faizdən çox, ən effelktiv əmək haqqı indikatorlarından hesab olunan median əmək haqqı 70 faizdən çox, əmək pensiyasının orta məbləği 60 faizdən çox, sosial müavinətlərin məbləği təqribən 2 dəfə artmışdır. Ölkədə minimum əmək haqqınım orta əmək haqqına nisbəti 40 faizə çatmaqdadır ki, bu ğöstərici 2018-ci ildə təqribən 16 faiz təşkil edirdi. 
 
Ölkədə ən həssas əhali kateqoriyalarına aid olan Vətən Müharibəsi iştirakçılarına dəstəyin verilməsi sosial müdafiə siyasətinin danılmaz prioritetinə çevrilmişdir. Ölkə Prezidentinin tapşırığına əsasən müharibə iştirakçılarına və onların ailələrinə 11 minə yaxın ev və mənzilin verilməsi nəzərdə tutulmuşdur. Son ayların ən çox müzakirələrə səbəb olan məsələlərindən biri əlillik təyinatı ilə bağlıdır. Qeyd etmək lazımdır ki, 2-ci Qarabağ müharibəsində orta və ağır yaralanan 5000 min nəfərə yaxın döyüşçümüzdən təxminən 4000 nəfərinin müayinə prosesi yekunlaşmış, onlardan təxminən 3000 nəfərə yaxın şəxs artıq əlilliklə bağlı müvafiq təyinatlar almışdır. Bu proses davam etməkdədir. Burada bir məqam da qeyd edilməlidir ki, müharibə iştirakçılarının əlillik təyinatları bir sıra imtiyazlarla bağlı olduğu üçün bu kateqoriyaya aid  müraciətlərdə qərarlar əyani müayinə nəticəsində verilir ki, bu da şəffaflığın təmin edilməsinin zəruriliyini nəzərə alaraq vaxt itkisinə  səbəb olur. Bununla yanaşı, digər kateqoriya müraciətlər üzrə elektronlaşma əlillik təyinatında operativliyə müsbət təsir göstərmişdir. Təəssüf ki,  bir sıra sosial şəbəkələrdə sensasiya axtaran, özlərini ictimai fikiri formalaşdıran adamlar hesab edən insanlar və qruplar müəyyən digər reallıqları da görmək istəmir! Belə ki, son 4 ildə ölkəmizdə 192 min nəfər insana əlillik təyin edilmişdir ki, bunların da 88 mini ilkin təyinatdır. Əlilliklə bağlı ödənişlərin məbləği  son 4 ildə təxminən 47 faiz, reabilitasiya  mərkəzlərinin potensialı isə  təxminən 3 dəfə arrmışdır. Belə olan halda bu qədər önəmli rəqəmlər barədə həmin insanlar niyə fikir bildirmirlər? Mən ölkədə sosial yönümlü siyasətin zəruriliyini bildirən, sosial xərclərin artırılmasının vacibliyini ən çox  qeyd edən iqtisadçı alimlərdənəm. Və bu ğündə ölkədə sosial xərclərin ardıcıllıqla artırılmasının zəruri olması qənaətindəyəm.
 
Eyni zamanda Vətən uğrunda  öz həyatlarından keçməyə hazır olan qazilərimizin hüquqlarının qorunması mübahisə mövzusu ola bilməz. Lakin onu da unutmaq olmaz ki, yuxarıda qeyd etdiyim danılmaz müsbət sosial və iqtisadi göstəricilərin arxasında, o cümlədən və xeyli dərəcədə pensiya siatemindəki, əlillik təyinatı prosesindəki şəffaflaşma dayanır ki, bütün bunlar isə öz növbəsində xeyli dərəcədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyinin və şəxsən Nazir Sahil Babayevin  fəaliyyətinin, onun Dövlətçiliyə, Ölkə Prezidenti İlham Əliyevin, Ölkənin 1-ci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın rərbərlikləri və siyasi iradələri əsasında respublikada həyata keçirilən sosial yönümlü idarəetmə siyasətlərinə sadiqliyinın nəticəsidir. Düşünürəm ki, belə effektiv fəaliyyət göstərən və dövlətimizə sadiq olan, əhalinin geniş təbəqələrinin sosial rifahının yüksəldilməsi istiqamətində çalışan kadrlara hücumlar yolverilməzdir və mütləq şəkildə ictimai qınağa səbəb olmalıdır. Ölkənin informasiya məkanında ölkəni fəlakətlərə sürükləyənlər deyil, inkişafa  aparanlar prioritet movqelərdə olmalıdırlar!
 
Elşad Məmmədov
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın Sədri,
İqtisad üzrə Elmlər Doktoru, Professor
Tarix: 2-06-2022, 22:57
Xəbəri paylaş





Xəbər lenti