İbad Hüseynov qazilərə səsləndi: "Dözməliyik, şərəfimizi, adımızı qorumalıyıq, Ali Baş Komandanımıza əl uzadanın əlini kəsməliyik"


"Qazi adı müqəddəs addır. Düşünün görün, qazi adı haradan meydana çıxıb.  Görüşlərdə mənə qəhrəman deyə müraciət etmirdilər, qazi deyərək çağırırdılar. Atatürkə də qazi deyirlər. Deməli, qazi adı müqəddəsdir".
 
Bu sözləri Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov bir neçə gün öncə qazilərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında kecirdikləri etiraz aksiyasına münasibət bildirərkən deyib.
 
Milli Qəhrəmanın fikrincə, toplanıb hansısa qurumun şüşə-pəncərəsini qurmaqla  nəyəsə nail olmaq olmaz: 
 
"Haqqımızı sonunadək tələb edərək bunu istəyə bilərik. Əgər bu adı həqiqətən də qazanmısınızsa, doğrudan da siz istədiklərinizə nail olacaqsınız. Şəhidlərlə qazilər eyni ölçülür. Hətta düşünürəm ki, şəhidlər bir kərə, qazilər min kərə şəhid olur. Bütün əziyyətlərə dözməliyik, şərəfimizi, adımızı qorumalıyıq. Ali Baş Komandanımıza əl uzadanın əlini kəsməliyik, başını əzməliyik. Hər zaman Prezidentimizin ətrafında olmalıyıq".
 
Cebhe.info
Tarix: 6-06-2022, 09:11
Xəbəri paylaş





Xəbər lenti